Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


27.09.2022  09:22 

“2005-ci ildən başlayaraq...” - Elçin Quliyev





A+  A-

“İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib.

“Vətən Müharibəsində qazandığımız Böyük Zəfərin müəllifi və yaradıcısı, siyasi, diplomatik və hərbi müstəvilərdə atdığı ardıcıl, məqsədyönlü addımlar sayəsində bu qələbəni gerçəkləşdirən, xalqımıza qalibiyyət sevincini yaşadan şəxs - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir.

Silahlı Qüvvələrimizin, o cümlədən də Dövlət Sərhəd Xidmətinin 44 günlük Vətən müharibəsində göstərdiyi ciddi nəticələrin özülünü də məhz Müzəffər Ali Baş Ko-mandanımızın qarşımızda qoyduğu tapşırıqların doğru və dəqiq yerinə yetirilməsi təşkil edir. Bu gün biz böyük qürurla deyə bilirik ki, Vətən müharibəsindən əvvəl, döyüş əməliyyatlarının gedişatı zamanı və müharibədən sonrakı dövrdə qarşımızda qoyulmuş bütün tapşırıqlar layiqincə icra olunub”, - general-polkovnik Elçin Quliyev qeyd edib.

“Bu sırada - şəxsi heyətin Heydər Əliyev dövlətçiliyinə sədaqəti, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsini, təmas xəttinin bilavasitə yaxınlığında xüsusi təyinatlı hərbi bazaların yaradılmasını, düşmən üzərində hərbi üstünlüyümüzü şərtləndirən əsas amillərdən biri olmuş pilotsuz uçuş aparatlarının alınmasını və həqiqi döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılmasını xüsusi qeyd etməliyəm. DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılmasını və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsini, ən yüksək səviyyədə silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchizatlandırılmasını, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsini də əsas məqamlardan biri kimi vurğulayıram”, - DSX rəisi qeyd edib.

O, bildirib ki, eyni zamanda "AN-2" təyyarələrinin pilotsuz uçuş aparatı kimi modernləşdirilməsi və hərb tarixində yenilik, "nou-xau" kimi qiymətləndirilən, yanlış hədəf qismində düşmənin hava hücumundan müdafiə sistemini aşkarlamaq və zərurət olduqda dəqiq zərbə endirmək məqsədilə tətbiqi, bölmələrimizə 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumu həyata keçirmək imkanını vermiş döyüş vərdişlərinin yaradılması, düşmən bölmələrinin dislokasiyası və hərəkətləri barədə kəşfiyyat məlumatlarının əldə olunması və bu kimi digər məsələləri xüsusi qeyd etmək lazımdır.


Xəbər 3357 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +