Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


14.10.2021  16:00 

“Məndən Səfər Əbiyevin əleyhinə ifadə verməyimi tələb etdilər” — Polkovnik





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi məhkəmə prosesi keçirilib.

XezerNews.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi baş tutan prosesdə zərərçəkmiş Mirzəli Yusifov ifadə verib.

O bildirib ki, uzun müddət zabit kimi Müdafiə Nazirliyində çalışıb, polkovnik rütbəsi daşıyıb. 2009-cu ildən 2013-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində işləyib.

Mirzəli Yusifov deyib ki, 2007-ci ildə Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “Orada məni saxta ittihamla cinayət işi açacaqlarını və məni həbs edəcəyimlə şantaj etdilər. Məndən 275 min dollar bir, sonradan isə 25 min dollar pul aldılar. Daha sonralar isə daha 15 min dollar pul verməyə məcbur oldum. Ümumilikdə məndə 315 min dollar alınıb”.

Mirzəli Yusifovun sözlərinə görə, 2013-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad olunduqdan sonra onu Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsi dəvət ediblər: “Orada məni döydülər, qulaqlarım pərdəsi deşildi. Ondan 300 min dollar tələb etdilər. Birdə həmin vaxt Müdafiə Naziri olmuş Səfər Əbiyevin əleyhinə ifadə verməyimi tələb etdilər. Mən imtina etdim. Hətta orda dedilər ki, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada qalacaqsan. O biri kamerada isə general Məmməd Beydullayev və kontr-admira Şahin Sultanov olacaq. Mən qəti şəkildə bundan imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Növbəti proses oktyabrın 21-də davam edəcək.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Onlar zərərçəkmişlər - Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.

Zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər - Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.

Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.


Xəbər 2356 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +