Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


13.03.2024  13:00 

“Qarabağ” sürətdə “Bayer”i qabaqlayır”





A+  A-

“Çox adam deyir ki, “Qarabağ”a həddindən artıq çətin rəqib düşdü. Amma araşdırsaq, görərik ki, “Qarabağ” üçün elə ən yaxşı variant “Bayer” idi. Çünki bu komanda ilə qrup mərhələsində oynamışıq. Onların güclü və zəif tərəflərini bilirik”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

UEFA Avropa Liqasının 1/8 finalında sabah Almaniyada keçiriləcək “Bayer” – “Qarabağ” cavab matçı haqda danışan mütəxəssis Leverkuzen təmsilçisinin “Qarabağ”a uyğun rəqib olduğunu bildirib: “Elə son oyunda da (2:2) gördük ki, “Qarabağ” rəqibini yaxşı analiz edib.

Qrupdakı 2-ci matçda (0:1) “Qarabağ” “Bayer”dən üstün oynayırdı. Qol vəziyyətlərində və oyun prosesində “Bayer”i üstələyə bilmişdik. Üçüncü, yəni son oyun göstərdi ki, “Qarabağ” heç də “Bayer”dən zəif deyil. Hətta mən deyərdim ki, futbol fəlsəfəsinə görə bir çox cəhətlərdən rəqibdən üstün idi”.

A.Mircavadov “Komandaların bir-birini əvvəldən tanıması “Bayer”ə üstünlük yaratmır?” sualını belə cavablandırıb: “Leverkuzendəki 5:1 hesabı almanları aldadıb. Belə böyük hesab qeydə alınanda komandada psixoloji durumu düzəltmək də çətin olur. Yəni bu, sırf futbolçuların özü ilə bağlıdır, baş məşqçinin onu düzəltməsi çətindir. Bu, uzun vaxt aparır”.

Mircavadov “Bayer”də yorğunluq olduğunu da qeyd edib: “Bayer” bu mərhələdə “Qarabağ”a rəqib olandan sonra onların iki oyununa baxmışam. Ağır oynayırlar. Ola bilər ki, futbolçular yorulublar.

Ən son “Volfsburq”u uddular. Rəqib matçın əvvəlində qırmızı vərəqə almasaydı, bəlkə də qalib gələ bilməyəcəkdi. Düzdür, üstünlük “Bayer”in tərəfində idi. Amma qol vəziyyəti yaratmaqda çətinlik çəkirlər. Yəni 10 nəfərə qarşı çox ağır oynadılar. Hər halda “Qarabağ”la cavab matçını da düşündükləri üçün belə oynayırlar. Həm də hiss olunur ki, yorğundurlar. Bu da təbiidir. Görün neçə oyundur uduzmadan nəticələr qazanırlar. Özü də Bundesliqa çox çətin çempionatdır”.

76 yaşlı mütəxəssis “Bayer”in sürətdə “Qarabağ”dan geri qaldığını bildirib: “İlk oyunda “Qarabağ” müəyyən səhvlər etdi. Biri var ki, rəqib səni buna məcbur etsin, biri də var ki, mövqe səhvi. Mən düşünürəm ki, “Bayer” “Qarabağ”ı məcbur etmədi. Çünki “Qarabağ”ın sürəti “Bayer”lə mübarizə aparmağa çatır.

Hətta onları üstələyə də bilirlər. Rəqibin mərkəz müdafiəçisi Conatan Tah mövqe tutmaqda, dönmələrdə gecikir. “Qarabağ”ın futbolçuları sürətdə onu qabaqlayırdı. Həmin o sürəti sabahkı oyunda da görməliyik. Belə olsa, “Qarabağ” mərhələni keçəcək.

“Bayer” Bakıda əsl gücü ilə oynayırdı. Məsələn, “Bavariya”da sürət də var, güc də. “Bayer”də isə o qədər sürət olmasa da, topla yaxşı işləyirlər və rəqibi yorurlar. Həmin oyunu da “Qarabağ” oynayır.

Əsas məsələ odur ki, bu komandanın oyununda top yerdə olur, uzun ötürmələr etmirlər. Belə oyunlarda isə “Qarabağ” güclüdür. Onu da deyim ki, Bakıdakı son görüş “Bayer”i və Xabi Alonsonu çox düşündürəcək”.

“Bayer” 36 oyundur uduzmur və Avropada bu mövsüm məğlub olmayan yeganə komandadır. “Qarabağ” isə mərhələ keçmək üçün Leverkuzendəki sabahkı matçda qalib gəlməlidir. A.Mircavadov isə nikbin düşünür: “Məlum məsələdir, “Bayer” Bundesliqada çıxış edir, “Qarabağ” Azərbaycan çempionatında. Onlar uzun müddətdir uduzmur və liderdirlər.

Amma əsas oyundur. “Qarabağ”ın futbolçuları da həm məsuliyyəti yaxşı dərk edir, həm də özlərini göstərəcəklər ki, TOP klublara getsinlər. Bu məsələlərə görə sabahkı oyunu sakit halda gözləməliyik. Mən düşünürəm ki, “Bayer”i keçmək olar. Bunu özümdən çıxarmıram. Mən bunu “Qarabağ”ın oyununa əsasən deyirəm. Komandalar arasındakı oyunu analiz edəndən sonra bu qənaətə gəlmişəm. Bakıdakı oyunu göstərə bilsə, “Qarabağ” “Bayer”i keçəcək.Tələsmək olmaz, əsas topla çox işləmək lazımdır. Bu oyun “Qarabağ”da var.

Futbolçuların səviyyəsi də elədir ki, top saxlaya bilirlər, fərdi oyunları, dribliqləri, ötürmələri yaxşıdır.

Bir də unutmayaq ki, Bakıda Julio Romao da oynamırdı. Məhz belə oyunda Romaoya çox ehtiyac var. Elvin Cəfərquliyev də sıraya qayıdır. Bunlar da “Qarabağ”a əlavə güc verəcək”.

Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Xəbər 3544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +