05.03.2024 11:16
Seçkilər: İranda xalqın yalnız 40 faizi iqtidarin əleyhinə deyil... - Mübariz Əhmədoğlu
İranda parlament və “Xubreqan” məclisinin ekspertlərinin seçkisi başa çatdı. Əksəriyyət üçün bəlkə də paradoksal nəticə ortalığa qoydu. İranı tanıyanlar və dəqiq izləyənlər üçün heç bir paradoksallıq olmadı. İran güclü hücumda idi.
Qonşu dövlətlərin içərisində hər cür təxribatlar hazırlayırdı. Müxtəlif yollarla özünə bağladığı adamların beynini “yeməklə” məşğul idi. Sən demə öz əhalisinin beynini isə amerikalılara uduzubmuş. Çünki indi bəlli olur ki, əhalinin yalnız 40 %-dən çoxu səs verib və İranın rəsmiləri bu nəticəni Amerikanın təbliğatına qalib gəlmək kimi təqdim edirlər. Guya ABŞ İran əhalisinə göstəriş veribmiş ki, seçkilərdə cəmi 20% iştirak edin. İran isə bu 20-nin üstünə 20 də qoyub 40-a qaldırıb və bu çox böyük uğurdur.
İslam inqilabının 44-ci ilindən sonra İranın ali dini liderinin İranın müxtəlif şəhərlərinin əhalisi və təbəqələrinin təmsilçilər ilə görüşdüyü zalı içəridən dəmir hasarlarla çəpərləmək əhalinin İran İslam inqilabına münasibətini göstərir. Görüş keçirilən zalda İranda belədir ki, qadınlar və kişilər ayrı oturur. Qadınlar oturan hissənin xüsusi hasarlanması ağlagəlməzdir. Vaxtilə İran xalqı İslam inqilabının liderini çiynindı daşıyırdı. İndi görünür o zaman daşıdıqları İslam inqilabının lideri deyilmiş, dövlət çevrilişi hərəkatının lideri imiş. Ola bilər, İranda əhali yenidən kimisə çiynində daşısın.
Bu da heç paradoksallıq deyil. Çünki bir az öncə bütün dünyadan HƏMAS-ı dəstəkləməyi tələb etdiyi halda İran xalqı rəsmi Tehranın bu çağırışına hələ də cavab verməyib. Digər Avropa paytaxtlarındakı müsəlmanlardan-ərəb, fars, türklərdən getmir, məhz alman xalqından, ingilis xalqından söhbət gedir. O xalqlar qədər İran əhalisi Fələstinə dəstək verməyib.
Dini və rəsmi Tehranın öz xalqı uğrunda mübarizə aparması çox vacibdir. Türkiyədə, Azərbaycanda və digər yerlərdə müəyyən qrupları ələ alıb, Türkiyə və Azərbaycan dövlətlərinin üstünə qaldırmağa həmin yerli əhalinin pul qazanması kontekstindən baxmaq daha düzgün olardı.
İran Allaha, həqiqətə qayıtmalıdır. Yalan pul qazandırsaydı, dünyada İrandan varlı başqa bir dövlət ola bilməzdi.
İran dini siyasətdən ayırmalıdır. Bir az öncə Azərbaycanda toyda namaz qılındı.
Azərbaycan əhalisi əksərən şiədir və tarixən də namaz qılmaq ənənəsi var. Azərbaycan əhalisində gündə 5 dəfə namaza qalxmaq ənənəsi olmayıb. Xüsusilə namazı siyasətə, digər ənənələrə qarşı qoymaq vərdişi də bizim xalqda olmayıb. Şah İsmayıl Xətai xeyirə də, şərə də Aşıq Qurbani ilə gedərmiş. il İndi şadlıq sarayında namazın qılınmasına dəstək verən İranın əhalisi seçki məntəqələrinə gəlməyi namazla müqayisə etdi. İran elitasında ciddi təbəqələşmə var. Bu təbəqələşmə getdikcə İranın daxilində böyük uçurum yaradacaq. Bu baxımdan da İran ciddi tədbirlər görməlidir. İran yalnız bir şeyi ortalığa qoydu ki, İranın əleyhinə çalışan dövlətlər daha az əziyyət çəkməklə öz istədiklərinə nail ola biləcəklər.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu
05 mart 2024 cü il
Xəbər 1147 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|