Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


05.09.2023  22:17 

Qərb mətbuatı Qarabağ ermənilərinin təbliğatı ilə məşğuldur: Bəs, biz nə edək?





A+  A-

Qərb mətbuatı total şəkildə Qarabağ ermənilərinin təbliğatı ilə məşğuldur. Bütün media orqanlarında ittihamlar da, arqumentlər də eynidir. Hətta eyni qəbildən olan məqalələrin başlıqları da bir-birinin təkrarıdır. Bütün başlıqlarda Azərbaycan Qarabağ ermənilərinə qarşı genosid siyasəti yeritməkdə ittiham olunur. Ermənilərin ən çox sevdiyi söz “genosid”dir. Ermənisevərlər də bu sözdən ikiəlli yapışıblar...

Ən maraqlısı odur ki, son günlərdə Azərbaycanın Qarabağ ermənilərinə başlanğıc olaraq təklif etdiyi 40 ton un haqqında bir kəlmə də yazmırlar. Yazmırlar ki, Qarabağ erməniləri separatçı rejimin göstərişi ilə Ağdam-Xankəndi yolunu beton bloklarla bağlayıb. Niyə bütün media orqanları bu faktın üstündən məqsədi şəkildə sükutla keçirlər? Çünki bu fakt Qarabağ ermənilərinin blokadası haqqında deyilən uydurma ittihamları yerdən-yerə vurur. Qərb oxucusu axmaq deyil ki. Əgər o, oxusa ki, guya acından ölən ermənilər Azərbaycanın göndərdiyi 40 ton undan imtina edir, üstəlik, humanitar yardımların Ağdam-Xankəndi yolu ilə Qarabağa daxil olmasına imkan vermir, onda haqlı olaraq ortaya xeyli suallar çıxacaq. Bunlar necə acdırlar ki, ərzaqdan imtina edirlər, necə xəstədirlər ki, dərmanın yalnız və yalnız Laçından daxil olmasını istəyirlər? Bu elə bir faktdır ki, uydurma blokada təbliğatını həmən sıfırlıya bilər.

Yəni biləsiz ki, BBC-nin son günlərdə açıq və həyasız şəkildə Qarabağ ermənilərinə dəstək verməsi təsadüfi deyil. Bu proses eyni mərkəzdən idarə olunur. Qərb mediası da həmin mərkəzdən gələn təlimatlar əsasında hərəkətə keçir. Təəssüf ki, Qərb mediası biz düşündüyümüz səviyyədə azad və demokratik deyil.

Vəziyyətdən çıxmaq üçün hazırda biz nə etməliyik? Bəllidir ki, Rusiya humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə maneəsiz daşınmasının tərəfdarıdır. Ümumiyyətlə, Rusiya ilə Ermənistanın münasibətləri pisdir və getdikcə də pisləşəcək. Niyə? Çünki Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edilməsi üçün parlamentə göndərib. Bu isə o deməkdir ki, Putinin Ermənistan gəlişi onun həbsinə səbəb ola bilər. Rəsmi Moskva Ermənistanı, konkret desək Nikol Paşinyanı belə bir addımdan çəkinməyə çağırmışdı. Ancaq xeyri olmadı. Ermənistan Qərbin təhriki ilə Rusiya ilə qarşıdurmaya getdi. Biz bu amildən məharətlə istifadə etməliyik. Qərbin anti-Azərbaycan təbliğatının iflası üçün biz Rusiya sülhməramlılarının əli ilə Azərbaycanın göndərdiyi yardımı Qarabağ ermənilərinə çatdırmalıyıq. İlk baxışda bu, çətin görünə bilər. Ancaq əminəm ki, bu, mümkündür.

Bunu necə etmək olar? Azərbaycan tərəfi yardımı Rusiya hərbçilərinə ötürür, onlar da həmin yardımı öz hərbi hissələrinin bazasından ehtiyacı olan ermənilərə çatdırırlar. Təbii ki, Azərbaycan Rusiya hərbçilərinin dilini yaxşı bilir...

Rusiya tərəfi buna razı olmasa, nə etməliyik? Bu barədə mən yazmışdım. Bir daha yazıram. Azərbaycan tərəfi “Paraşüt diplomatiyası”ndan istifadə etməsi mümkündür. Bu nə deməkdir? Məsələn, Azərbaycan yük təyyarələri vasitəsi ilə Qarabağın ermənilər yaşayan ərazisinə paraşüt vasitəsi ilə yardım dağıda bilər. Tutaq ki, BMT və ya Qızmızı Xaçın köməyi ilə Qarabağ ermənilərinə yardım çatdırıla bilər. Və ya nüfuzlu beynəlxalq şirkətlərin köməyi ilə də bunu etmək olar. Hətta həmin yüklər Bakıda nəzarətdən keçdikdən sonra Xocalı hava limanına da göndərilə bilər. Azərbaycan rəsmi şəkildə elan etməlidir ki, Azərbaycan dövləti Ukraynaya dəfələrlə humanitar yardım göndərib. Rəsmi Bakı Qarabağ ermənilərinin istənilən ehtiyacını ödəməyə hazırdır. Ancaq Qarabağdakı separtçı rejim buna imkan vermir. Ona görə də Azərbaycan Qarabağ ermənilərinə istənilən ölkədən humanitar yardım göndərilməsinə də yaşıl işıq yandırır. Ancaq təyyarə ilə gələn həmin yardım öncə Bakıda nəzarətdən keçməlidir. Daha sonra isə həmin təyyarənin Xocalıya uçması mümkündür. Əsas odur ki, prosesi gedişini biz tənzimləyirik. Təbii ki, Azərbaycanın icazəsi olmadan heç bir təyyarə Qarabağa daxil ola bilməz. Bu məsələdə ən önəmlisi odur ki, məhz Azərbaycanın və ya hansısa ölkənin göndərdiyi yardım ermənilərə Azərbaycan dövlətinin icazəsi ilə təqdim olunur. Bu niyə önəmlidir? Biz erməni və erməni yanlılarının apardığı təbliğatı alt-üst etməliyik. Yəni genosid nağıllarını dəfn etməyi bacarmalıyıq.

Bizim strateji məqsədimiz odur ki, anti-Azərbaycan təbliğatını dayandıraq. Yaxşı bilirik ki, bu təbliğatın əsas məqsədi Laçın buraxılış-keçid məntəqəsinin dəhliz statusunda yenidən açılmasına nail olmaqdır. Azərbaycan düşməni ideoloji cəhətdən çökdürmək üçün bu kimi addımları atmalıdır. Əsas məsələ odur ki, yüklər Laçın yolundan yox, Ağdam-Xankəndi yolundan daşınsın. Laçın yolu açılsa da Azərbaycanın nəzarəti altında olan yol kimi açılsın. Laçın yolunun dəhliz statusunda açılmasına Azərbaycan heç bir halda razı ola bilməz...

Bu, əsəb müharibəsidir. Ermənilər Qərb mediası üzərindən bizə qarşı total təbliğat kampaniyası aparır. Biz bu kampaniyanın iflasına nail olmalıyıq. Əsas olan da budur. Çevik və sürətli hərəkət etməliyik...

Elbəyi Həsənli
Sürix


Xəbər 1674 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +