Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


20.11.2021  19:38 

Fazil Mustafa sərt danışdı: “Düşməni tutmusan, vur gəbərsin...“





A+  A-

"Müdafiə Nazirliyinin sərhəd bölgəsindən videoların paylaşımın qadağan edən qərarını "daldan atılmış daşa" bənzədirəm. Necə ki, milli mediamız, informasiya şəbəkəmiz vaxtında əsas mənbədən normal informasiya ala bilməyib erməni xəbər kanallarından səhih informasiya ovuna çıxmaq kimi əzəbkeş işə düçar olublar, bu məsələdə də naşılığın bütün detalları göz qabağındadır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa bildirib ki, məgər savaş dövründə həmin videoların müəyyən bir hissəsinin təhlükəsizlik baxımından nə qədər zərər vurduğunu görmədiniz?:

"Həm hərbi birlikıərimizin dislokasiyasının düşmən üçün aşkar olunmasının, həm də əsirlərlə davranışdakı hüquqazidd bəsit vətənpərvərlik epizodlarının informasiya məkanında nə qədər əleyhimizə işlədiyini unutmuşdunuz? İndi də götürüb bu videoları siyasi yetkinliyi olmadığına görə paylaşan o ağır şərtlərdə xidmət edən zabit və əsgərləri cəzalandıracaqlar ki, niyə bəs ölkənin imicinə zərər vurmusunuz. Bu işə məsul olan vəzifəli şəxsləri cəzalandırmaq lazım ki, gələcəkdə həmin vəzifəni daşıyanlar qabaqlayıcı tədbirlər görməkdə məsuliyyətsiz davranmasınlar. Axı bunu vaxtında önləmək mümkün idi, proqnozlaşdırmaq üçün də xüsusi ağıl tələb olunmurdu. Düşməni tutmusan, vur gəbərsin, gəbərtməmisənsə, əsir götürmüsənsə, artıq onunla qanundankənar davranışını videoya çəkib yaymaq birbaşa ordunun, dövlətin, millətin imicinə zərbədir. Meyitlə də eyni qaydada davranıb, çəkilişi yaymaq olmaz. Əsirlə hansısa humanist davranış niyə də yayılmasın? Bu təbliğatda bizə lazımdır axı. Burada adi bir vəzifə borcunun yerinə yetirilməsindən gedir. Təəssüf ki, hər dəfə bu cür bəsit yanlışlara görə əleyhimizə işləyən qüvvələrə göydəndüşmə hədiyyələr bəxş edirik".

Xəbər 3559 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +