Ukrayna Azərbayacanlıları Radasında ideya müəllifi Birinci vitse-prezident Mehriban Əliyevanın olduğu "Karabakh.Center" layihəsi əsasında Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gətirilən və erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotolar nümayiş olunur.
Bu barədə məlumatı
XəzərNews-a Ukrayna Azərbayacanlıları Radasından veriblər.
Sərginin budəfəki qonaqları “Stop korrupsiya” İctimai Birliyinin kordinatorları - hərbi jurnalist Roman Boçkala, Boqdan Xmelnitski, İdarə Heyətinin sədri İqor Bondarçuk, “Stop neleqal” İctimai Birliyi İdarə Heyətinin sədri Denis Şinkarenko, təşkilat üzvləri və media nümayəndələri olublar.
Fotosərgi və Azərbaycanın şərəfli qələbə yolu haqqında qonaqlara məlumat verən UAR baş katibi Ceyhun Məmmədov bildirib ki, haqq uğurunda birləşən, gücünü ədalətdən alan xalqımızın qarşısında düşmən 44 gün ərzində darmadağın oldu.
“Azərbaycan öz ərazi bütövlüyünü birliyinin, dostlarının birliyinin gücü ilə bərpa etdi“ - deyən baş katib Ukraynanın Azərbaycanla dostluğuna və strateji əməkdaşlığına diqqət çəkib.
Zəfərlə bitən “Dəmir Yumruq“ əməliyyatından həmən sonra Qarabağa səfər edən və “Daşları toplamağın vaxtı gəldi“ adlı sənədli film çəkən hərbi jurnalis Roman Boçkala dəhşətli dağntıların canlı şahidi olduğunu bildirib. Ağdam, Füzuli və Şuşada gördüyü vandalizm əməllərinin miqyasından danşan hərbi jurnalist ədalətin qələbəsinə sevindiyini bildirib.
Sərgi ilə tanışlıqdan sonra korrupsiya qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb.
“Stop neleqal” İctimai Birliyi İdarə Heyətinin sədri Denis Şinkarenko bildirib ki korrupsiya eyni zamanda xalqlarımız arasındakı münasibətlərin inkişafına əngəl törədir.
“Stop korrupsiya” İctimai Birliyi İdarə Heyətinin sədri İqor Bondarçuk isə bildirib ki, Ukraynada bir çox sahədə yenilik etmək üçün çox əlverişli şərait var və inanıram ki, korrupsiyaya qalib gələcəyik: “Filimdə deyildiyi kimi "Daşları toplamağn vaxtı gəldi"; Ukraynada da belədir - həm iqtisadiyyatda, həm siyasətdə və həm də həyatın bütün sahələrində yeniliyə və toparlanmağa ehtiyac var“.
Sonda Ukrayna Azərbaycanlıları Radası, “Stop korrupsiya” və “Stop neleqal” İcitimai birlikləri arasında birgə fəaliyyətlə bağlı memarandum imzalanması qərara alınıb.
Xəbər 1781 dəfə oxunub.