Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


18.12.2021  22:55 

Nazirdən ağlasığmaz arqumentlər: Unikal “antikorrupsiya tədbiri“





A+  A-

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq pulunun niyə verilməməsinin səbəblərini açıqlayıb.

Heç bir məntiqi izahı olmayan səbəblərdən ən təəccüblüsü və absurdu isə uşaq pulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olmasını və uşaq pulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulamasıdır.

Məəttəl qalırsan ki, doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb.

Dərhal da Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi "unikal metodu" xatırladım.

Məlum olduğu kimi Nazirliyin e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək tez-tez çökürdü.

Belə olan halda, Nazirlik unikal bir "təhlükəsizlik metodu" tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün "obedə" çıxanda və iş vaxtı bitəndə elektron sistemi rubilnikdən söndürürdülər.

Yəni, Nazirliyin yanaşması "sistem yoxdur, problem yoxdur" yanaşması olmuşdu.

Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz.

Uşaq pulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini Nazirliyin problemin həllinə unikal yanaşması, analoqu olmayan "antikorrupsiya " tədbiri kimi də dəyərləndirmək olar.

Əgər Nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı DATALAR vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə demək resurslar və zaman boş yerə xərclənib.

Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş.

Osman Gündüz

Xəbər 1197 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +