Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


23.10.2021  06:35 

Güllə “yarası“ alan “buşlat“





A+  A-

XezerNews.az Qarabağ qazisi Fərəc Kərimlinin müharibə xatirəsini təqdim edir:

Keçən ilin bu axşamı Füzulidə ağır döyüşlərdə idik. Demək olar ki, "karyer" deyilən yerə çatmaq üzrəydik.

Düşmənlə üzbə-üz təxminən 100 metr məsafədə ağır döyüş gedirdi. Bölüyümüz Taborun düzülüşündə ən öndə dayanmışdı. Düşmənin artilleryası yağış kimi mərmi yağdırırdı. Üzbə-üzdən də atıcı silahlar susmurdu. Eyni səviyyədə də bizim artillerya onları vururdu.

Axşam bir anlığa düşmən minaatanları susdu. Rabitə vasitəsilə bizə bildirdilər ki, düşmənin minaatanları məhv edildi. Sağ cinahdan qrup çıxarıb yola nəzarət etmək üçün əmr aldım. Elə o istiqamətdə yenicə çıxmışdıq ki, düşmən qüvvələri yenidən minaatanlardan atəşə başladı.

Əsgərlərə "döyüşə" əmri verib mövqeləndik. Bir neçə mərmi düşdükdən sonra sağ çiynimdən möhkəm ağrı başladı, sağ ayağım da sanki od tutub yandı. Kaskama bir neçə xırda qəlpə dəydi. Əlimlə batinkamı yoxlayanda gördüm ki, üç yerdən deşilib. Əlim ayağımda qəlpəyə dəydi. Çiynimi yoxladım, heç bir yara yox idi.

Ermənilər artillerya və minaatandan atəşi gücləndirəndə tank "valına" çəkildik. Orada bir iki addım ora-bura yeridim gördüm ki, hərəkətimdə problem yoxdur. Sadəcə ayağım keyimişdi. Sonra uşaqlardan biri belimə baxanda dedi ki, sursat jiletim və buşlatım cırılıb. Əliylə o da belimi yoxlayıb yara olmadığını dedi. Ancaq çiynim möhkəm ağrıyırdı...

Bir iki saat döyüş getdikdən sonra yenidən düşmən artileryasının məhv edildiyini rabitədə dedilər. Yenə yola doğru qrup çıxartdım. Səhv etmirəmsə Dadaşov Əliağa, Babayev Elçin, Novruzov İslam, Kamil Nurəddinoğlu, Cəbiyev Miryavər və təəssüf ki, adlarını unutduğum başqa əsgərlər. Elə qrup yeni çıxmışdı ki, yenidən artilerya atəşi başladı. Bu dəfə Babayev Elçin ayağından yaralandı. Uşaqlar Elçini qucağında tank "valına" gətirdilər. Möhkəm olmasını və "heçnə yoxdur, ayağa qalx dedim". Ayağa qalxmağa cəhd edəndə ağrıları daha da artdı. Qaranlıq olduğu üçün əlimlə batinkasını yoxladım. Barmaqlarım daban hissədə vətərlərini kəsmiş qəlpəyə və qana dəydi. Yaralımız olduğunu məruzə etdik və bir neçə dəqiqə sonra Taborumuzun həkimi özünü yetirib Elçini qəhraman əsgərlərimizin də köməyi ilə döyüş meydanından çıxartdı...

Bu gün də xatirimdə bu cür qalıb. Əvvəli və axırı daha da maraqlıdır. Ancaq yazmıram...

P.S. həmin buşlatı uşaqlar xatirə üçün saxlamağınız istədilər. Saxlamışam. Fotodakı həmin buşlatdır
P.P.S. 1sm də qəlpə asağıdan dəysəydi çiynim parçalanardı

Xəbər 2261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +