“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır
Xəzər dənizində rus kapitan xilas edildi
Jurnalist Nurlan Libre həbs edildi
Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı
Bağlanan “Nuxa“ restoranı “qumar kralı”nın imiş
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Tanınmışlar da orduya qoşuldu
Birinci xanım olmaq istəyirid, indi boşanır


03.12.2019  11:20 

DSX Xəzərdə İran və Rusiya gəmiçilərini xilas etdi





A+  A-

Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizinə çıxan üzmə va­si­tələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 1-də İran İslam Res­­publikasına məxsus Hövsan rey­din­də olan "Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İran vətəndaşları 1976-cı il təvəllüdlü Ab­ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl­lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla­qədar öz­lərini pis hiss etmələri haqqında məlumat daxil olub.

Bildirilib ki, Dövlət Sər­həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi­rəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tib­bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.

Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər­kə­zin­dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey­din­də hərəkətdə olan "Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril­məsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirə­salınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.

Xəbər 1548 dəfə oxunub.



20.02.2025  17:55 

Jurnalist Nurlan Libre həbs edildi

20.02.2025  16:52 

Məşhur aktrisa boşandı

20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu


BÜTÜN XƏBƏRLƏR +