Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


22.03.2017  14:43 

DYP taksilərə xəbərdarlıq etdi





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib.

“Taksi minik avtomobili "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər.

Baş DYP İdarəsi olaraq bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, qeyd olunan tələblərə cavab verməyən, habelə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilən digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilən və 5.14 nişanı ilə işarələnən duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Ümidvarıq ki, vətənini sevən hər bir şəxs ölkənin milli maraqlarını öz maraqlarından daha üstün tutacaq və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək dövlətimizin iqtisadi qüdrətinin daha da artması istiqamətində əlindən gələni əsirgəməyəcəkdir".

Xəbər 1315 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +