Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


12.07.2024  16:50 

Türkiyə və Azərbaycandan YENİ HƏMLƏ: Çindən Avropanın son nöqtəsinə qədər…





A+  A-

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda ŞƏT-də müşahidəçi olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır.

Maraqlıdır, ŞƏT-ə üzvlük geosiyasi və geoiqtisadi anlamda Türkiyəyə, eyni zamanda onun ən yaxın müttəfiqi Azərbaycana nə qazandıracaq? Türkiyənin xarici siyasət kursundakı bu addım onun Qərblə münasibətlərinə necə təsir edəcək?



Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianenews.az-a danışan Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl bildirib ki, ŞƏT-ə tamhüquqlu üzv olmaq dövlətlərarası münasibətləri və əməkdaşlığı inkişaf etdirəcək: “Türkiyə prezidenti ilk dəfə deyil ki, ŞƏT-ə üzv olmaqla bağlı fikrini ifadə edir. Təbii ki, hazırda Türkiyə ŞƏT-də müşahidəçi olaraq varlığını davam etdirir. Lakin tamhüquqlu üzv olmaq da əsas niyyətlərdən biridir. Azərbaycan və Türkiyə geosiyasi qərarları birgə almaq qərarını rəsmiləşdiriblər. Bu da sürətli şəkildə inkişaf etdirilir. Məlum olduğu kimi ŞƏT əslində Çin və keçmiş postsovet ölkələrinin problemlərinin həlli üçün qurulmuşdu. Getdikcə daha ciddi mövzularla bağlı təşkilatlanmağa başladı. Hazırkı vəziyyətdə Asiyadakı passivik bölgəsində ciddi perspektiv göstərən təşkilatlardandır. Azərbaycan və Türkiyə üçün əhəmiyyəti ondan ibarətdir ki, burada tamhüquqlu üzvlük bir növ dövlətlərarası əməkdaşlığı da inkişaf etdirəcək. Önəmli və vacib hadisələrdəndir. Digər tərəfdən Mərkəzi Asiyada həm Azərbaycan, həm də Türkiyənin müttəfiqi olan ölkələr də var. Onlara dəstək və var olan əməkdaşlığı davam etdirmək üçün yaxınlaşma olduqca vacibdir”.



Politoloq hesab edir ki, bu həmlə ilə Türkiyə və Azərbaycan bir növ Avropa ilə Asiya bölgəsini qitə üzərindən birləşdirici bir halqa rolunu oynamış olurlar.

“Bu, çox məntiqli bir addımdır. Onsuz da bu həmlələr Çindən başlayaraq Avropanın son nöqtəsinə qədər kommunikasiya yollarını, enerji, ticarət və digər məsələlərin gücləndirilməsi kimi amillərə dəstək verir. Bu məsələlərdə sadəcə müşahidəçi olmaq kifayət etmir. Avropa ölkələrinin bunu necə dəyərləndirəcəyi öz işləridir. Ölkələr arasında iqtisadi əlaqələr gücləndirildikcə müharibələrin önünə keçmək mümkün olur. Dövlətlər zor gücünə deyil, iqtisadi əməkdaşlıq yolu ilə münasibətlərini artırmaq üçün əllərindən gələni edəcəklər. Bu da fikrimcə, vacib və perspektivli məsələdir. Hazırda həm ikili münasibətləri, həm də türk dövlətləri çərçivəsində Türkiyə ilə Azərbaycanın vacib bir rola sahib olduğunu müşahidə edirik”.

Xəbər 18668 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +