Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


25.03.2024  23:32 

Arif Əsədov: “Tarixə düşmək yaxşıdır” - MÜSAHİBƏ





A+  A-

“Maraqlı qarşılaşma oldu. Hər iki komanda meydanda yaxşı oyun nümayiş etdirdi”.

Xəzərnews.az İdman.biz-ə istinadla xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla (1:1) qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, komandası əzimkar oyun göstərib: “Qələbə qazanmagı düşünürdük. Ani qol buraxdıq, bundan sonra komandada zəifləmə oldu. Ardınca dəyişikliklər etdik. Komanda 70-80 faiz istədiyini etdi. Qol epizodlarından istifadə etməmək burda da özünü göstərdi”.

Hakimlikdən razı qaldız?

Bu barədə danışmaq istəmirəm. Bəzi hallarda bizim əleyhimizə qərarlar verdi. Amma bu cür hadisələr komandanı daha da möhkəmləndirir.

Monqolustana 1:0 hesabı ilə qalib gəldiz, Bolqarıstanlar 1:1 hesablı heç-heçə etdiz. Millinin məğlub olmayan məşqçisi kimi tarixə düşə bilərsiz...

Tarixə düşmək yaxşıdır. Amma biz bu oyunlara o nöqteyi-nəzərdən yanaşmırıq. Əsas məqsədimiz istədiyimi futbolçulara çatdırmaq və onların bunu öyrənməsi idi. Bu qısa zamanda məşqçilərlə birlikdə işimiz 70-80 faiz yerinə yetirildi. Yeni oyunçular cəlb etdik, onlar da özlərini yaxşı göstərdi. Hər bir futbolçu rəqabəti hiss etdi. Bu da millini möhkəmləndirir. Təssüf ki, Vüsal dünən zədələndi. Gələcəkdə necə olacaq bilmirəm. Amma belə uşaqları milliyə cəlb etmək lazəmdır.

Komandada əsas problem nədir?

Rəqibi presinq altında saxlamaq üzərində işləyirik. Əks-hücumlarımız yaxşı alınırdı. İstəməzdim futbolçuları günahlandaram. Hücumçularımız tam formada deyil. Amma Musa qol vurdu, bu onun üçün əlavə ruh yüksəkliyi idi. Ramil Şeydayev də əlindən gələni etdi. Dadaşov da aktiv idi.

İkinci hissədə meydana çıxanlar daha əzimkar oyun nümayiş etdirdilər. Emil Mustafayev və Ceyhun Nuruyevin oyunundan razı qaldız?

⁠Əsas heyətdən taktiki baxımdan daha razı qaldım. İlk dəqiqələrdən onlar oyuna daha diqqətlə yanaşdılar. Əsas vacib olan nizam-intizamı pozmamaqdır. İlk hissədə komandamda bunu gördüm. Rəqibi presinqdə saxlaya bildik. Burada hazırlıq durumundan çox şey aslıdır. Emil Mustafayevi sonradan oyuna saldıq. Geridə olduğumuz üçün də Ceyhunu ikinci hissədə oyuna daxil etdik ki, hücumu gücləndirək. Onlar da sağ olsunlar, axrıncı dəqiəyə kimi qol vurmaq istəyirdilər.

Məşqçiləriniz barədə nə düşünürsüz?

Onlardan çox razıyam. Bizim kiçik məşqçilər korpusumuz olsa da, gördüyümüz iş böyük idi. Hər gün saat 10-dan toplaşıb rəqibləri analiz edirdik.

Sosial şəbəkələrdə Renat Dadaşov və Ramil Şeydayevlə bağlı narazılıqlar var. Bu barədə nə düşünürsüz?

Təbii ki, azarkeşlər istəyir ki, birinci biz olaq. Mən də bu oyunlarda əlimizdə olan resuslardan istifadə etməyə çalışdım. Hücuma meyilli oynayıb, müdafiədə problemlərimizin olmaması üçün əlimizdən gələni etdik. Uşaqlar da bunun öhdəsindən layiqincə gəldi.

Emin Mahmudovu nəyə görə dəyişdiz?

Ona minnətdarlığımı bildirirəm ki, zədəli halda belə məşqlərə gəldi. Hər şeyə rəğmən kapitan kimi oyuna çıxmaq istədi. Rəqib də balanslı və güclü idi. Eminin ayağındakı ağrı səbəbindən əvəzlədik.

Elvin Cəfərquliyevin hakimə qarşı etdiyi hərəkəti necə dəyərləndirərdiz? Bunu fiziki yorğunluqla bağlamaq olar?

Son zamanlar Elvin də gərginlik var. Psixoloji cəhətdən əsəbiliyini görürük. Belə bir period olur. Bəlkə də “Qarabağ”ın avrokubokda “Bayer”lə oyunu təsir edib. Hələ də, o hissədən çıxmayıb. Amma bizim əsas amilimiz nizam-intizamlı oynamaqdır. Düşünürəm ki, Elvin bu vəziyyətdən çıxacaq. Tezliklə də bu amillərə diqqət edəcək.

Xəbər 9459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +