Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


18.01.2024  12:30 

Baş verən yanğın və partlayışlar: Səbəb nədir?





A+  A-

Son vaxtlar ard-arda baş verən yanğın-partlayış hadisələri yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması məsələsini gündəmə gətirib.

Görünən odur ki, yanğın baş verən obyektlərdə zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət edilmir. Nəticədə insan tələfatına səbəb olan hadisələr baş verir.

Xəzərnews.az xəbər verir ki, mövzuya münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bakupost.az -a deyib ki, yanğınlar müxtəlif səbəblərdən baş verir.

Burada xüsusilə, elektrik qısaqapanması səbəbindən yaranan yanğınlar çoxluq təşkil edir. Ona görə də, iaşə obyektlərində, səhiyyə müəssisələrində elektrik təsərrüfatına nəzarət edilməli, mütləq sertfikatlaşmış, akkreditasiyası olan şirkətlər tərəfindən elektrik naqillərinin mütəmadi olaraq sazlığı yoxlanmalı, sınaq protokolları tərtib olunmalıdır. Şəbəkəyə qoşulmuş cihazları nəzarətsiz qoymaq olmaz. Təhlükəsizlik qaydalarına riayət edilməzsə, əlbəttə, yanğın hadisəsi qaçılmaz olur.

Ekspertin dediyinə görə, fövqəladə hadisələr içərisində ən təhlükəlisi yanğındır. Yanğının dəhşətli faciələrə gətirib çıxarma ehtimalı daha çoxdur. Ona görə də bütün təyinatlı müəssisələr işlərini yanğın təhlükəsizliyi qaydalarına, bununla bağlı standartlara, normalara uyğun qurmalıdırlar:

“Bu cür hadisələrdən yüz faiz sığortalanmaq mümkün deyil. Amma daha pis nəticələrin, ölüm hallarının qarşısı qabaqlayıcı tədbirlərlə alına bilər. İlk növbədə obyektlər yanğın təhlükəsizliyinə dair normativ standartlarla təchiz edilməlidir. Yanğın siqnalizasiya vasitələri, xəbərdaredici plastiklər, qurğular, ehtiyat su çəni, yanğın hidratları, yanğın dolabları, ilkin yanğınsöndürmə vasitələri və digər yanğın avadanlıqları, yanğın şitlərinin olması mütləqdir. Bu qurğular daim işlək və saz vəziyyətdə olmalıdır. Bunlara texniki qulluğun göstərilməsi də yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Birinci növbədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Təhlükəsizlik qaydalarına riayət olunmasa, yanğın hadisəsinin baş verməsi labüddür. İstər bütün səhiyyə müəssisələri olsun, istər ictimai iaşə müəssisələri olsun, yanğın təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmalıdırlar. Bu işdə səhlənkarlığa yol vermək olmaz”.

Xəbər 4162 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +