Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


08.12.2017  20:41 

Lənkəranda sultanlara aid xəzinə tapıldı





A+  A-

Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib.
XəzərNews.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov deyib ki, metal əşyalar qəbul olunan məntəqədə bu pullar təsadüfən əldə edilib: “Pulları təmizlədikdən sonra isə onların mis sikkə olduqları və Atabəylər dövrünə aid edildikləri məlum oldu. Dirhəmlərin üzərində “La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu, onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur”.

Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur: “Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib”.

Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.

Arxeoloq ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.

Xəbər 1627 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +