Leylanın uğuru - O, ilk azərbaycanlıdır ki...
Qəzadan sonra xuliqanlıq edənlər SAXLANILDI
DİN İmişlidəki qəzanın görüntülərini yaydı - VİDEO
Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi


31.05.2017  10:16 

BNA-dan avtobusdan yıxılaraq ölən sərnişin haqda - Açıqlama





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişinin avtobusdan yıxılıb ölməsi ilə bağlı məlumatlara münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, may ayının 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin - paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında BNA-da araşdırma aparılıb:

“81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağrılıb və izahatları alınıb. Həmin izahatlara əsasən sərnişin C. Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C. Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub. Qeyd edək ki, hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq”.

Xəbər 1264 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +