“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


01.02.2024  12:23 

Onlar övladlarından kommersiya məqsədilə istifadə edir...





A+  A-

Son vaxtlar TikTok sosial şəbəkəsində azyaşlı övladını canlı yayıma çıxaran istifadəçilərin sayı artıb.

Övladlarının yaşlarına uyğun olmayan söhbətlərdə iştirak etməsinə şərait yaradan bəzi şəxslər onlardan kommersiya məqsədilə istifadə edir. Belə ki, canlı yayımlarda azyaşlılar vasitəsilə hədiyyə toplanması ilə yanaşı, onların dili ilə hansısa iaşə-ticarət obyektlərinin reklamının aparılmasını da görürük.

Belə hallardan biri kimi Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Sadiq Mirzəyevin 9 yaşlı oğlu Adəmlə birgə etdikləri daha çox diqqəti çəkir. Azyaşlının gecəyarısı atası ilə birgə yayıma çıxması, açıq mətnlə söyüşlər söyməsi, restoran və mağazaları reklam etməsi birmənalı qarşılanmır. Sözügedən videolarda ailənin digər azyaşlı övladları da belə demək olarsa, epizodik rolda görünürlər. Daha əvvəl sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılaraq cərimə edilən TikToker Ləman Vəliyeva da yayımlarına azyaşlı övladı ilə birgə çıxır.

Bundan başqa, adları izləyicilərə o qədər də tanış olmayan digər sosial şəbəkə istifadəçiləri də platformalarında uşaq faktorunu qabardırlar. Bəziləri uşaqlarının pozitiv hərəkətlərini paylaşsa da, digərləri övladının ağlamağı, yemək istəməsi, hətta xəstəlikdən əziyyət çəkməsi ilə izləyici toplamağa çalışırlar.

Bu davranışlar, onların nümayış etdirilməsi hansı hüquqi məsuliyyəti yaradır?

Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Asim Abbasov bildirib ki, uşaq əməyinin valideynlər tərəfindən istismar edilməsi Ailə Məcəlləsində əksini tapsa da, Cinayət Məcəlləsində bununla bağlı cəzalar və ya hər hansı maddə yoxdur: “Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Konstitusiyanın 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb. Qanunvericiliyi pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir”.

Hüquqşünas əlavə edib ki, Əmək Məcəlləsinə görə 15 yaşından yuxarı şəxslər reklama çəkilən zaman sahibkarla, yəni reklam çəkən şəxslə müqavilə bağlamalıdır: “Digər yaşda olan uşaqlar isə valideynlərin icazəsi ilə reklama çəkilməlidirlər. Ancaq həmişə uşağın təhsili, səhhəti nəzərə alınmalıdır. “Reklam haqqında” Qanunun 21-ci maddəsində deyilir ki, reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədilə onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi yolverilməzdir. Qanunda o da qeyd edilir ki, yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi yasaqdır. Lakin qeyd olunan qanun normalarının pozulmasına görə konkret qanuni məsuliyyət nəzərdə tutulmayıb. Qanundakı boşluq ondan ibarətdir ki, 15 yaşdan aşağı uşaqların, ümumiyyətlə, işlədilmələri qadağandır”.

A.Abbasov vurğulayıb ki, Azərbaycanda sosial şəbəkədəki fəaliyyətin konkret iş sahəsi sayılıb-sayılmaması da sual altındadır: “İnzibati məsuliyyət isə işəgötürənlərə münasibətdədir və bu minvalda valideynlər üçün konkret məsuliyyət əhatə edən norma mövcud deyil. Bundan əlavə, sosial şəbəkələrdə çəkilən videolar, reklam çarxları da uşaqların təhsil və psixologiyasına mənfi təsir etməməlidir. Düşünürəm ki, bu sahədə konkret qanun layihəsi qəbul edilməli və 18 yaşına çatmayanların TikTok və digər sosial platformalarda iştirakı qadağan edilməlidir. Hazırda bütün dünyada ən güclü psixoloq və sosioloqlar həyəcan təbili çalır ki, TikTokda uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yol açacaq kifayət qədər informasiya var. Bu uşaqların da canlı yayım açıb pul məqsədli yarışlar keçirməsi birbaşa ölkənin bir çox qanununu pozur”.

Psixoloq Fuad Əsədov da azyaşlıların sosial şəbəkələrdə istismarının yolverilməz olduğunu düşünür. “Qafqazinfo”ya açıqlama verən psixoloq bu kimi halların gələcəkdə həmin şəxslərin həyatında fəsadlar yarada biləcəyini deyir: “Uşaqlıq həyatın elə bir dövrüdür ki, bu dövrdə insan həyatın necə bir yer olduğunu anlamağa başlayır. İrəlidəki illərdə həyatda yaşamaq üçün gərəkli olan sosial bacarıqları əldə edir və ya hansısa peşə bacarıqlarına, elmi biliklərə, vərdişlərə yiyələnir. Biz uşaqlıqda həyatda necə yaşamağı öyrənirik, sonra da başlayırıq onu yaşamağa. Təbii ki, böyüklükdə də yaşayarkən nələrisə öyrənirik. Lakin ən təməl bilik və baxışlar uşaqlıq dövründə formalaşır. Dolayısı ilə uşaqlıq öyrənilən dövrdür, faydalanan dövr deyil. Xüsusilə də bu müddət valideynlərin uşaqdan faydalanan dövrü deyil. Bu gün TikTokda insanlar çox asanlıqla pul qazana bilirlər. Lazımsız hərəkətlər, qeyri-etik davranışlarla, diqqəti üzərinə çəkməklə qazanc əldə edirlər, böyük məbləğlər toplayırlar. Burada önəmli olan keyfiyyətli iş deyil, diqqəti cəlb etməyi bacarmaqdır. Uşaq faktoru da hər zaman diqqətçəkən bir element olub”.

F.Əsədov əlavə edib ki, Azərbaycanda hələ də uşaqlara balaca yaşda söyüş söydürərək dostlar, qohumlar arasında zarafat etmək adəti qalıb: “Bunun TikTok versiyası da odur ki, uşaqlar video çəkəcəklər və orada böyüklər kimi danışacaqlar, söyüş söyəcəklər, mənasını anlamadıqları şeyləri deyəcəklər. Və bu da diqqət çəkəcək, insanlar buna güləcək və ya başqa hisslər yaşayacaq. Tənqid edən də, təqdir edən də hər kəs baxacaq bu videolara və nəticədə valideynlər pul qazanacaq. Bu, həddindən artıq təəssüfləndirici, yolverilməz haldır, uşaq istismarı deməkdir. Uşaqlar üzərindən pul qazanmaq deməkdir. Uşaqların dərs oxumalı olduğu bir vaxtda kimlərsə onların əlindən tutaraq sosial platformalara çəkir və beləliklə, onların gələcək həyatlarını korlayırlar, zədələyirlər”.

Müşahidələr göstərir ki, TikTokda geniş kütləyə sahib olan şəxslərin bir çoxu ibtidai biliklərə belə sahib deyil. Paylaşılan videolardan 9 yaşlı Adəmin üzündən oxuya bilməməsi, “hərfləri tanımıram” deməsi onun təhsildən kənar qaldığını göstərir.

Bəs aidiyyəti qurumlar təhsildən kənar qalmış, məktəbli yaşlı şəxsin tədris prosesinə cəlb edilməsi üçün tədbirlər görübmü?

Mövzu ilə bağlı Hüsülü kənd orta məktəbinin direktoru Baxış Baxışov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Adəm Mirzəyev məktəbin 3-cü sinif şagirdidir. O, həmin şagirdin qavrama səviyyəsinin aşağı olduğunu deyib: “Mən həmin şagirdlə bağlı İcra Hakimiyyətinə arayış təqdim etmişəm. Məktəbdə şagird kimi normal şagirddir. Dərsdən sonra evə gedib sosial şəbəkələrdə nə edirsə, bu barədə bir söz deyə bilmərəm. Onunla fərdi qaydada özüm də, psixoloq da görüşmüşük, söhbətlər aparmışıq, müəlliminə də əlavə məşğul olması tapşırılıb. Məktəbdə qeyri-adi hərəkətləri və sair olsa, biz onu sənədləşdirib məktəbdən kənarlaşdırarıq, xüsusi müəssisələrə yönləndirərik. Lakin elə bir hal mövcud deyil”.

Məktəb direktoru əlavə edib ki, şagirdin məktəbdənkənar davranışları ilə bağlı valideyni ilə müzakirə aparılıb: “Lakin valideyn deyir, biz nə edirik ki?!”/“Qafqazinfo”



Xəbər 4366 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +