“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


29.12.2023  10:20 

Dizaynerdən Xoşqədəmə... - İnsanlara psixoloji şiddət göstərirsiniz





A+  A-

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb.

Xəzərnews.az olay.az-a istinadən xəbər verir ki, dizayner Aynur, Xoşqədəm Hidayətqızını müğənni Aysel Əlizadənin ailəsini dağıtmaqda ittiham edilən Turanə Nəcəflini efirə çıxardığı üçün tənqid edib:

“Oskar” gedir Xoşqədəmə. Xoşqədəm yox, Xoşqədəm xanım. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək əzilən qadınların yanında olur öz dünyasında. Həm də psixoloji problemi olan qadını verilişinə reytinq yemi edir”.

Bundan sonra Aynurun şəklini paylaşan aparıcı bu sözləri yazıb:

“Bilmirəm kimdir. Amma tanıyan varsa, başa salsınlar ki, müzakirə etmək istədiyi şəxsi öz geyim və mənəviyyat tərzinə uyğun seçsin”.

Dizaynerdən X. Hidayətqızına cavab gecikməyib:

“Sizi hamını axtaranda, özünüzə olan hörməti də axtarmağa dəvət edirəm. Siz qadınları reytinqinizə yem edən, reytinq üçün hər xaraktersizliyə göz yuman, insanlara psixoloji şiddət göstərən simasız.

Mən sizə xatırladım kiməm. Köməkçinizi əməkdaşlıq üçün şirkətimə göndərdiyiniz brendin rəhbəriyəm. Mənəvi dəyərlər mövzusunu isə sizinlə istənilən müstəvidə müzakirəsinə hazıram, əzizim”.



Xəbər 4169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +