AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.12.2023  13:19 

Kiberdələduzlar “Azərpoçt”u hədəfə alıb





A+  A-

Kiberdələduzlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərini, eləcə də digər vətəndaşları hədəfə alıblar.

Xəzərnews.az “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir, həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırılmadığı qeyd olunur və elə həmin mesajda da saxta link göndərilir ki, ünvan və digər fərdi məlumatlar daxil edilsin.

Qurumdan bildirilir ki, belə olduğu halda da vətəndaşlar, çox təəssüf ki, aldanaraq, öz fərdi, xüsusilə bank kartı məlumatlarını daxil edirlər və dərhal kiberdələduzların qurbanına çevrilirlər.

“Azərpoçt” vətəndaşları ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır, xüsusilə bildirir ki, qurum bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Saxta və həqiqi mesaj nümunələri aşağıdakı kimidir:

SAXTA MESAJ:

Azərpoçt: Paketiniz anbara gəlib, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmir. Zəhmət olmasa linkdəki ünvanı təsdiqləyin.
https://post.az-com.top/aze - YANLIŞ LİNK
(Ən son logistika statusunu əldə etmək üçün linki kopyalayın və Safari-də açın) – YANLIŞ YÖNLƏNDİRMƏ

HƏQİQİ MESAJ:
ADINIZA DAXIL OLMUSH BB023584438AZ SAYLI GONDERISHI SHEXSIYYET VESIQENIZI TEQDIM ETMEKLE AZ4700 POCHT SHOBESINDE ALA BILERSINIZ. AZERPOCHT
Saxta mesajlarda vətəndaş yanlış linklərə yönləndirilir və ondan növbəti addımlar atması tələb olunur. Həqiqi mesajda isə vətəndaş heç bir linkə yönləndirilmir, mütləq poçt göndərişinin 13 simvoldan ibarət izləmə nömrəsi və təhvil almaq üçün poçt şöbəsinin indeksi qeyd olunur.

Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik", - deyə açıqlamada qeyd olunub.

Xəbər 4057 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +