AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.07.2023  15:12 

Partiya sədri: “Azərbaycan və Rusiya arasında gərginlik artacaq”





A+  A-

Son günlər Rusiyanın Azərbayacana qarşı təzyiqlərinin artdığı müşahidə olunur. Belə ki, Moskva ultimativ tonda Azərbaycandan Laçın yolunun açılmasını tələb edir, atəşkəsin pozulması hallarına Rusiya sülhməramlılarının reaksiya verəcəyi ilə hədələyir. Bu gün isə iyunun 16-da Laçın yolunda rusiyalı hərbçilərin Azərbaycan bayrağını təhqir etməsinin görüntüləri yayılıb.

Rusiyanın Azərbaycana təzyiqləri artırmasının səbəbi nədir? Moskva bununla nəyə nail olmaq istəyir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə Bakupost.az -a açıqlamasında bildirib ki, Rusiyanın bu addımları onun bölgədə öz mövqeyini möhkəmləndirmək istəyindən irəli gəlir.

İ.Ağazadə bildirib ki, son vaxtlar Qərb ölkələrinin Ermənistan- Azərbaycan münasibətlərində vasitəçilik missiyası, danışıqların ABŞ və Belçikada aparılması Rusiyanı ciddi narahat edir:

"Rusiya başa düşür ki, Azərbaycan və Ermənistan özləri dil taparaq məsləni həll etməyə çalışır. Ona görə də,məsələyə fərqli yerdən girir”.

Partiya sədri Azərbaycan və Rusiya arasında gərginliyin artacağını vurğulayıb:

“Sərhəddin açılması ilə bağlı yanlız Azərbaycan qərar verə bilər. Azərbaycan ərazisində heç vaxt dəhliz ola bilməz. Azərbaycan öz ərazisində başqa ölkənin anklavını saxlamır ki, bura dəhliz adlansın. Azərbaycan sərhədində yanlız keçid məntəqəsi ola bilər. Bu keçid məntəqəsinin hansı formada hərəkət etməsi, fəaliyyəti isə yanlız Azərbaycanın gömrük və sərhəd xidmətləri haqqında qanunları müəyyən edə bilər. Rusiyanın təhdidləri davam edəcək. Ancaq Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər müttəfiqləri var. Biz həm öz gücümüz, həm də xarici dövlətlərin dəstəyi ilə bu təzyiqlərin qarşısını almalıyıq. Qarşıda bizi Rusiya ilə gərginlik gözləyir”.

İ.Ağazadə sonda qeyd edib ki, sülhməramlılar missiyalarını yerinə yetirməsə, Azərbaycan da müvafiq tədbirlər görəcək:

“Rusiya artq uzun müddətdir Ukraynada müharibə edir, amma ortalıqda bir şey görünmür. Azərbaycanda da edə biləcəyi bir şey yoxdur. Sadəcə hədələyir. Azərbaycan da hələ ki atəşkəsi pozmaq niyyətində deyil. İlk növbədə, sülhməramlılar öz missiyalarını yerinə yetirməlidirlər. Əsas məsələ, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərkisilah edilməsi və onların ərazidən çıxarılmasıdır.
Sülhməramlılar bunu etməsə, Azərbaycan tərəfi müvafiq addımları atmalı olacaq”.

Xəbər 1376 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +