AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


09.03.2023  09:40 

İran Qarabağa 4 min terrorçu yerləşdirir - TƏFƏRRÜAT





A+  A-

Türkiyənin nüfuzlu "Türkiye" qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib.

Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan "Asaeb Əhlil Haq", "Hərəkat ən-Nüceba" və "Hizbullah" kimi şiə qruplaşma komandirlərinə 4000 nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb.

Qarabağı suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran Qərbi Azərbaycanda yaşayan yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK yaraqlısını Qarabağa gətirərək Azərbaycan ordusuna qarşı döyüşmək üçün hazırlayır.

Tehranın işğal planı

Qəzetə açıqlamasında Azərbaycanın təhlükəsizlik mənbələri Tehranın Qarabağ istiqamətində addımlarını yaxından izlədiklərini bildiriblər. Azərbaycan mənbələri Tehran administrasiyasının "Qarabağda İsrail bazalarının olması" iddiasını xatırladaraq, Zəngəzur xəttində yerləşən Qafanda açılan İran konsulluğunu bəhanə edərək bölgəyə 70 nəfərlik pioner hərbi hissənin yerləşdirildiyini bildirib. Azərbaycan Beynəlxalq Əlaqələr Mütəxəssisi Xaliq Şükürov qəzetə açıqlamasında bildirib ki, İran hərbi-təhlükəsizlik əməkdaşlığı çərçivəsində Paşinyan administrasiyasının dəvəti ilə Suriya-Əsəd məsələsində olduğu kimi Qarabağda gərginliyi artırmaq və daha sonra Qarabağa hərbi qüvvə kimi müdaxilə etmək istəyir.

Şükürov bu məqamda Ukrayna müharibəsi səbəbindən əvvəllər 6000 olan Rusiyanın sülhməramlı missiyasının 1500-ə qədər zəiflədilməsinin İrana ümid verdiyini, İranın erməniləri qorumaq adı altında bölgəni işğal etməyi planlaşdırdığını qeyd edib:

"Bu yaxınlarda Xankəndi yolunda münaqişə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə baş verib. Bu hadisənin iki kritik tərəfi var. Buradan ilk olaraq silahlar, minalar, sursatlar və erməni quldur dəstələri daşınırdı. İkinci və görünməyən hissə isə həmin nöqtədə qurulan PKK düşərgəsi idi. PKK-nı oraya İran kəşfiyyatı aparır və onu silahlandırır. Bölgədəki qızıl, mis və narkotik gəlirlərinin əhəmiyyətli bir hissəsini terror təşkilatına vəd edən Tehran administrasiyası Cənubi Azərbaycanda daha böyük təsir və Türkiyə şəhərlərində kürdlərin yenidən qurulması öhdəliyi götürür.

Zəngəzur qorxusu

Ermənilərə hər fürsətdə dəstəyini ifadə edən Tehranın ən böyük qorxusunun Zəngəzur dəhlizinin açılması olduğunu bildirən ekspert "Zəngəzurun açılması türk dünyası üçün psixoloji barajı keçmək deməkdir. Bu, İran üçün böyük kabusdur. Lakin onları daha çox hadisənin iqtisadi tərəfi maraqlandırır.

Dəhliz açılsa, İran hər il 5-6 milyard dollar itirəcək. Hazırda bu, həm İran, həm Türk dünyası, həm Pakistan, Hindistan, Əfqanıstan və Çin üçün Avropaya iqtisadi çıxış dəhlizidir. Digər tərəfdən, Əfqanıstan mənşəli narkotiklərin Qərbə daşınması daha çox eyni marşrutla həyata keçirilir. 44 günlük müharibədən əvvəl İran Xocavənd oxundan ildə 800 milyon dollardan 1 milyard dollara qədər narkotik gəliri əldə edirdi. Bölgədə işğal başa çatdıqdan sonra Araz üzərində bu hərəkət dayandırılıb. Fransa da burada fəal rol oynadı. İşğal olunmuş torpaqlardan gələn qiymətli metallar da bura daxil olanda İranın itkisi çox böyük olur"- deyib.

Naxçıvan dəhlizinin İranın təzyiqi ilə bağlandığını xatırladan Şükürov "Bu addım Şuşa bəyannaməsinə cavab idi. "Zəngəzur da daxil olmaqla, bütün kritik işlərdə bizə məhkumsunuz" mesajını verməyə çalışırlar. Zəngəzur ərazisini narahat etmək məqsədi ilə orada yaşayan yezidiləri bizə qarşı təxribat edirlər. İran Zəngəzur xəttində yaşayan minlərlə dinc sakinin təxliyə edilməsi və ərazinin boşaldılması üçün də Paşinyanla koordinasiya edir. Bütün bunlar Türkiyədə keçiriləcək seçkilərlə bağlı müstəqil hesablamalar deyil. Molla rejimi də Qarabağda açılacaq cəbhə ilə daxili qarışıqlığı yatıracağına və bu savaşı bəhanə edərək daxili sabitliyi təmin edəcəyinə inanır. Daha əvvəl Yəmən, Livan, İraq və Suriyada bu addımı sınayıb və qismən uğurlu olub. İndi bunu Qarabağda sınayacaq", - deyə o bildirib./Milli.Az

Xəbər 936 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +