AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.03.2023  18:04 

8 Martda qadınlara nə almalıyıq?





A+  A-

Mart ayı “Dərviş Məstəli şah”ın sözü olmasın Qoç bürcünün altında vaqe olubdur, ol səbəbdən də bizim xalqın ən böyük bayram ayıdır. 8 Martın şəksiz liderliyinə əngəl törədən Novruz bayramının da bu aya təsadüf etməsinə baxmayaraq, qadınlar üşün martın 8-i (işləyənlər üçün 7-si) tarixinın xüsusi əhəmiyyəti danılmazdır. Çünki, 8 mart həm də kişilərin qadınları ad günündən, toy günündən və s. çoxsaylı əlamətdar günlərdən başqa ildə daha bir dəfə “yada salması”na səbəb olur.

Sentimental əhvalda olan romantik xanımların dediyinə görə, ən çox sevdikləri hədiyyə güldür. Rasional təfəkkürə malik olan realist xanımlar isə işə yarayacaq bir hədiyyə gözləyirlər. Elə deyil deyib keçməyin.

Təsəvvür edək ki, uşağınız müəlliminə bir dəstə gül hədiyyə aparmışdır. O anda müəllimin gül camalına baxmaq kifayətdir ki, nə qədər böyük səhvə yol verildiyini anlayasan. İnanın ki, o gül dəstəsini alıb adamın… başında turp əkər.

Haqlıdırlar da. Adam işə düzəlmək üçün nə qədər “tərləyib”, sonra canım sizə desin, direktora nə qədər “hörmət” edib ki, imkanlı valideynlərin uşaqlarının onun sinfinə salınmasına mane olmasın. Məgər bütün bunları ayda 500 manat əməkhaqqı almağa görəmi edib??!

Əlbəttə ki, xeyr! İldə cəmi 5-6 gün var ki, imkanlı valideynləri mağazada, imkansızların isə uşaqlarını dərsdə “tərlətmək” şansı yaranır, indi o günlərin ən əsasında bir dəstə “svetnoy” kimyəvi ot-ələfi alıb neyləyəcək? Uşaq ona deyərəm ki, müəlliminə qızıl zinət əşyası hədiyyə edə, ya da məsələn, netbukdan, planşetdən zaddan “podarka” edə. İndi XXI əsrdir axı…

Oğul ona deyərəm ki, sinif yoldaşı olan qızlara “kitayski” “fransız” kosmetikası ala, yoxsa Sovet dövründəki kimi kitab hədiyyə etmək kimi gülünc bir işə qol qoyan oğlanı necə bağışlamaq olar?!

Ya da tutaq ki, Allah eləməmiş, pulla “prava” almiş bir eşşəkotaran sizi sakitcə səkiylə getdiyiniz vaxt küçədə at kimi səyirtdiyi bahalı maşınla vurub xosunvay eləyib və sizi xəstəxanaya göndəriblər. Ailə üzvləriniz sizi ziyarətə gəlibdir.

Çoxsaylı “doxtur”, “medsestra”, “sanitarka” ordusuna, xəstəxanada verilməsi məcburi olan dərmanların siyahısı asılmasına baxmayaraq apteklərə tökdükləri pullardan başqa ciblərində bir şey qalıbsa, həkimə “podarka” adı ilə bir dəstə gül alıblar!

Bu cinayətə heç cür haqq qazandırmaq olmaz! Qərdeşimsön, bura məgər Rusiyadır, yainki Almaniyadır ki, həkimə 1 ədəd gül alasan, o da “otkaz” edə ki, bəs mən hələ vicdanımı itirməmişəm ki, öz vəzifəmi yerinə yetirdiyimə görə pul, ya da hədiyyə götürüm. Bizdə həkimə əməlli bir “podarkə” almasan, əlini xəstəndən üz…

Elə bilməyin ki, mən gül hədiyyə edilməsinin tərəfdarıyam. Gülü yalnız kənddə yaşayan biri çöldən, ya da həyətindən öz əli yığıb gətiribsə, qəbul etmək olar. Amma böyük şəhərlərdə televizor qiymətinə satılan, üzərinə kimyəvi ətirlər çilənmiş transgen güllər nəyə lazımdır kı?

Bundansa 1 ədəd gül kələmi hədiyyə etmək daha faydalıdır. Üstəlik, soyuqda bürüşən “yazıq” kələmsatana da xeyir vermiş olursan. Son tədqiqatlara görə, gül kələmi sağlamlıq üçün ən xeyirli tərəvəzlərin başında gəlir.

Dunyada 1 milyard adam acdır, milyonlarla uşaq acından ölür. Hər süni becərilən bir dəstə gülün “zanit” etdiyi torpaqda bir məsum uşağı aclıqdan ölməkdən xilas edəcək qədər ərzaq məhsulu əkmək olardı…

Təbiət özü lazım bildiyi qədər gül yetişdirir, kim istəsə bir zəhmət gedib çöllərdən istədiyi qədər yığa bilər. Mənim üçün əlimdə bir dəstə süni becərilmiş gül tutmaqla, çarəsiz valideynlərinin gözləri önündə acından ölmüs afrikalı körpənin cəsədini tutmaq eyni mahiyyət daşıyır.

8 martda qadınlara kitab hədiyyə edilməsi ilə bağlı təkliflərə qoşulmuram, çünki o kitablar dərhal zibilliyə atılacaqdır. Ən yaxşısı gül kələmidir. Həm gül sayılır, həm də yemək.

Yenə də özünüz bilən məsləhətdir.

Elçin Bayramlı

Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +