AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.03.2023  17:58 

Nizami Gəncəvi söhbətinə XİN belə cavab verdi





A+  A-

Martın 9-11-i Bakıda X Qlobal Bakı Forumu keçiriləcək.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə öz tviter hesabında paylaşıb.

O, qeyd edib ki, Forum dahi Azərbaycan şairi və mütəfəkkiri, bütün həyatını ölkəmizin qədim Gəncə şəhərində keçirən Nizami Gəncəvinin adını daşıdığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Maraqlıdır ki, İranın paytaxtı Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran XİN-in rəsmi sözçüsü Nasir Kənani Azərbaycan şairi Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi təqdim edib. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub”, sözləri narazılıqla qarşılanıb.

Beləliklə, XİN-in bu açıqlamasının Nasir Kənaninin iddialarına cavab olduğu istisna edilmir.

Xəbər 958 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +