AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


07.03.2023  17:49 

Xankəndində Azərbaycanla inteqrasiyada maraqlı olan siyasi qüvvə varmı?





A+  A-

Qarabağdakı separatçı ermənilərin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda sülh danışıqlarının perspektivinə ciddi təsir edə biləcək açıqlamalar verib.

Əvvəlcə Azərbaycanın danışıqların öz şərtləri daxilində davam etdrilməsi üçün qətiyyətli olması xatırladılıb:

"Əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq".

Qeyd edilib ki, Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib:

“ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.

Şərtləri qəbul etməyəcəklərini deyən A. Arutyunyan bundan sonra gözlənilmədən Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib:

“Cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb yeni hökumət təşkil etsinlər”.

Qondarma rejimin başçısının sözləri Qarabağda Azərbaycanın şərtlərini qəbul etmək istəyən qüvvələrin olması haqda ilk və ciddi etirafdır. Həm də deyildiyi kimi, söhbət sıravi vətəndaşlardan deyil, hökumət (yerli idarəetmə) yaratmağa qabil ola biləcək siyasi qüvvədən gedir.

Üstəlik, ilk dəfədir ki, onlardan xainlər kimi deyil, vətəndaş hüquqları çərçivəsində siyasi mübarizə aparmaq haqqı olan tərəf kimi bəhs olunur.

Görünür, Azərbaycanın israrlı tələbləri və müxtəlif kanallarla apardığı iş effekt verir.

Əlbəttə ki, separatçıların artan təzyiqlərdən yayınmaq məqsədilə müəyyən dövr üçün manevr etmək, vaxt qazanmaq niyyəti də istisna edilməməlidir.

Cəmaləddin Quliyev

Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +