AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


26.10.2022  15:57 

Avropa Məhkəməsinə gondərilən sənədləri kim “oğurlayır”?





A+  A-

Mən dəfələrlə qeyd etmişəm ki, özünü “hökümətin canyananı” kimi göstərməyə səy edən və bunun üçün hüquqa zidd əməllər törədən məmurlar başa düməlidirlər ki, bu hərəkətləri ilə hökümətin imicinə həm ölkədaxilində, həm də beynəlxalq aləmdə ciddi zərbələr vururlar.

Aydındır ki, bu əməlləri törədənlər, buna göstəriş verənlər güya canyananlıq etməklə ilk növbədə öz şəxsi maraqlarını güdürlər, vəzifələrindən daha çox möhkəmlənmək və ondan daha çox bəhrələnmək istəyirlər.

Yazıya əlavə etdiyim şəkillər “Azərpoçt” MMC-dən aldığım cavablardır. Bunlarda etiraf olunur ki, bu il ərzində Avropa Məhkəməsinə göndərdiyim 4 poçt göndərişi elə poçt müəssəsində “itirilibdir”. Əslində isə oğurlanıbdır. Bir iş üzrə sənədlər isə hətta iki dəfə oğurlanıb. 17 oktyabr tarixində iki nəfərin bir bağlamada Avropa Məhkəməsinə göndərdiyim sənədlərin internet izləməsi göstərir ki, 2 gündən sonra həmin bağlamanın müəssəsində hərəkəti dayanıbdır. Bu o deməkdir ki, həmin bağlama da oğurlanıb.

Əvvəllər belə oğurluqlar tez-tez olurdu. Son 2 il idi rast gəlmirdim, bu ilin əvvəlindən yenidən başlandı. Onu da qeyd edim ki, oğurlanan işlərin hamısı siyasi fəallara, biri isə keçmiş MTN-ə aiddir.

Mənə maraqlıdır ki, bu oğurluqlara göstəriş verənlər nəyə nail olmaq istəyirlər. Yəni hesab edirlər ki, bu oğurluqlar ilə belə işlərin Avropa Məhkəməsinə göndərilməsinin qarşısını alacaqlar? Çox sadəlöhv yanaşmadır.

Düzdür, ərizələrin yenidən göndərilməsi çoxlu vaxt və maliyyə itkisinə səbəb olur, amma proses dayanmır.

İndi mən sonrakı gedişatı təsvir edim. Bu oğurluqlar haqqında Avropa Məhkəməsi artıq məlumatlıdır və yazışmalarımız davam edir. Oğurlanmış sənədlər yenidən göndəriləcək və ilk dəfə göndərilmiş tarix ilə Məhkəmə tərəfindən qəbul ediləcək.



Ərizələrdə göstərilmiş pozuntulara biri də əlavə olunacaq - Konvensiyanın 34-cü maddəsi, yəni şikayətin verilməsinə hökümət tərəfindən maneələrin olması. Çox nadir hallarda tətbiq olunan maddədir. Çünki maddənin tanınması cavabdeh dövlətin imicinə ciddi zərbədir. Oğurlanmış ərizə ilkin variantında bəlkə də Avropa Məhkəməsi tərəfindən qəbuledilməz sayıla bilərdi. Son zamanlarda belə qərarlar tez-tez qəbul olunur. Konvensiyanın 34-ci maddəsinin pozuntusu və bunu təsdiq edən sübutların olması həmin ərizənin qəbuledilməz elan olunmasını artıq mümkünsüz edir.

Avropa Məhkəməsi ən azı bu pozuntunu tanıyacaq və hökümət oğurluqda təqsirli bilinəcək. Yuxarıda artıq qeyd etmişdim ki, məmurlar hər hansı bir göstəriş verərkən onun hökümətin imicinə hansı zərəri vura biləcəyini düşünsələr pis olmazdı. Amma ola bilsin ki, məhz bu niyyət ilə həmin əməlləri törədillər.

P.S. Məndə olan məlumata görə digər həmkarlarımın da Avropa Məhkəməsinə göndərdiyi sənədlərin bəziləri oğurlanmışdır.

P.S. Bu statusu yazmaqda məqsədim var. Oğurlanmış sənədlərin təzədən göndərilməsinə hazırlaşıram. Onların təkrar oğurlanmayacağına inamım yoxdur. Hazırkı statusu yazmağla oğruları maarifləndirmək istəyirəm ki, sizlər bununla daha çox hökümətə zərər vurursuz. Həm də onsuz da bu sənədlər ünvanına çatacaq. Ancaq vaxt çatacaq bu işlər üzrə qərarlar qəbul olunacaq, onda ən ciddi tənbeh alan sizlər olacaqsınız.

Əsabəli Mustafayev
Vəkil


Xəbər 1169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +