AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.09.2022  21:49 

Vətən Müharibəsi əlili niyə intihar edib? - Açıqlama





A+  A-

Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 3, ev 9 ünvanında yaşayan 6 aprel 1988-ci il təvəllüdlü, III dərəcəli Vətən Müharibəsi əlili Rüstəmov Elnur Əlibaba oğlu 12.09.2022-ci il tarixində Buzovna Bələdiyyəsinin inzibati binasının qarşısında üzərinə benzin tökərək intihara cəhd edib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb olunmuş, ilkin tibbi xidmət göstərilərək 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan alınmış məlumata əsasən E.Rüstəmovun vəziyyəti orta ağırdır.

Xəzər Rayon İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, Elnur Əlibaba oğlu Rüstəmov 21.07.2022-ci il tarixində İcra Hakimiyyətində olmuş və RİH başçısı tərəfindən qəbul edilib. Qəbul zamanı E.Rüstəmovun şikayəti əsasən əlillik pensiyasını, sığorta ödənişini indiyə kimi ala bilməməsindən və yaşadığı evin həyətyanı sahəsində sanitar qovşağının tikilməsinə köməklik göstərilməsindən ibarət olub.

RİH tərəfindən sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlanılıb. ƏƏSMN tərəfindən E.Rüstəmovun şikayəti araşdırılmış və qurumun rəsmiləri tərəfindən təqdim olunmuş məlumata əsasən vətəndaşa qanunvericilikdə nəzərdə tutulmuş təqaüd və müavinətin təyin olunaraq ödənilməsinin təmin olunduğu bildirilib.

Bundan əlavə, qazinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar RİH tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən tələb olunan sənədlərin toplanılmasına köməklik göstərilmiş və vətəndaş Rüstəmov Elnur Əlibaba oğlu Xəzər Rayon İcra Hakimiyyətinin 170 nömrəli, 29.07.2022-ci il tarixli Sərəncamına əsasən 2 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə III dərəcəli Vətən müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və mənzil uçot sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilib.

Həmçinin, RİH tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunan E.Rüstəmovun müraciəti əsasında yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində sanitar qovşağı inşa edilib.

Eyni zamanda Xəzər Rayon İcra Hakimiyyətinin və Buzovna bələdiyyəsinin məsul əməkdaşları tərəfindən vətəndaş Rüstəmov Elnur Əlibaba oğlunun yaşadığı evə dəfələrlə ziyarətlər olunmuş, ərzaq və maddi yardım edilib.

Əlavə olaraq bildiririk ki, Elnur Əlibaba oğlu Rüstəmov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair 09.05.2022-ci il tarixli məlumatında “şəxsiyyətin digər davamlı dəyişiklikləri, şəxsiyyətin emosional davamsız pozğunluğu” diaqnozu ilə III dərəcəli əlillik təyin edilib.

Hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicəsi davam etdirilən Elnur Rüstəmova dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.

Xəbər 4749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +