AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.09.2022  14:11 

Xəbərçilik edən çoxdur, xəbər yazan yoxdur...





A+  A-

Mən həmişə optimist olmuşam. Pessimizm, neqativlik xəstəlikdir. Gərək, bu bəlanı yaxına qoymayasan. Yoxsa, ruhun xəstələnəcək, sonra cismin də yoluxacaq.

Amma elə məsələlər var ki, orada yersiz optimistlik işə yaramır. Çünki faktlar göz çıxarır, bu sonsuzluq qısır dalan kimi yerində mıxlanaraq qalır. Bar yoxdur. Məhsul sıfırdır. Bulaq daha əvvəlki kimi qaynamır.

Bu gün əksər media qurumları əməkdaş axtarır. Yaxşı jurnalist işə götürmək istəyirlər. Yaza bilsin, inkişaf edə bilsin, xəbəri az da olsa duya bilsin, müsahiblərin qarşısında “fransız” qalmasın, 2-3 cümləni normal qura bilsin...

Heç olmasa, ölkədəki nazirliklərin, siyasi partiyaların bir-ikisinin rəhbərinin adını bilsin. Bu da yoxdursa, barı “da” və “də”ni harada ayırmaq lazım olduğunu bilsin.

Vaxtilə yetişən jurnalistləri xərcləyib qurtarmışıq. Artıq neçə ildir ki, Azərbaycanda yeni jurnalistlər yetişmir. Dediyim kimi, redaksiyalar əsir-yesir qalıb, əməkdaş tapa bilmirlər. İlin 12 ayı əməkdaş axtarırlar. İndi sosial şəbəkə belə elanlarla doludur.

Son illərdə mediada qarşınıza yeni imzalar çıxıbmı heç? Olsa da tək-tək, bir əlin barmaqlarının sayından çox deyil. Bizə nə oldu? Niyə jurnalizm nəsli belə bir problemlə üz-üzədir?

Məsələ onda deyil ki, gənclər jurnalist olmaq istəmir. İstəyirlər. Həvəs var. Sadəcə, alınmır. Əvvəlki dövrlərlə müqayisədə indi tələblər də o qədər yüksək deyil. Əksinə, medianın xəbərə çıxışı həddindən artıq asanlaşıb. Lakin səssiz bir sonsuzluq yaranıb sanki...

Bunun səbəbini heç cür özüm üçün aydınlaşdıra bilmirəm. Düşünürəm ki, bu təhsillə bağlı deyil. Guya 15-20 il əvvəl Azərbaycanda təhsilin səviyyəsi çoxmu yüksək idi?! Eyni zamanda jurnalistika fakültəsi ilə bağlı olduğunu da düşünmürəm. Çünki Azərbaycanda çoxlu sayda jurnalistlər var ki, bir gün də olsun jurnalistika auditoriyasında oturmayıb. Jurnalizm təhsillə əlaqəli bir peşə deyil. Ruhla, duyumla, təqdimat bacarığı ilə, xəbərçiliklə bağlıdır. Bu peşə çoxsaylı keyfiyyətlərin qarışığından hazırlanmış kokteyl kimidir. Bir az ondan, bir az bundan...

Bu templə qısırlaşma illər sonra üçün həqiqətən də pessimist ovqat yaradır. Get-gedə oxucuya təqdim etdiyimiz məqalələr sözləri, musiqisi, ifası eyni şəxsə aid olan “sintezator mahnılarına” oxşayır. Beş-on il sonra çox ehtimal ki, bu da olmayacaq. Yerində nə əmələ gələcək, təxmin etmək zordur.

Təzadlı mənzərə yaranıb: xəbərçilik edən çoxdur, xəbər yazan yoxdur...

Elnur Məmmədli

Xəbər 1771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +