AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.07.2022  14:35 

Prezidentin fərmanı niyə yerinə yetirilmir? - Açıqlama





A+  A-

44 günlük Vətən müharibəsindən sonra 36 qazi özünə qəsd edib, 50 nəfərə yaxın qazinin isə intihara cəhdinin qarşısı alınıb. Hökumət rəsmiləri qazilərin müraciətlərinə həssas yanaşdıqlarını, onların problemlərini həll etməyə çalışdıqlarını bildirilər. Lakin sosial mediada tez-tez hökumətin qazilərlə bağlı siyasəti tənqid olunur. Hətta millət vəkilləri belə yerlərdə icra hakimiyyəti rəhbərlərinin qazilərin problemləri ilə yetərincə maraqlanmadıqlarını etiraf edirlər.

Onu da qeyd edək ki, qazilərin özünəqəsdi ilə bağlı açıqlama verən yerli məmurlar öz biganəliklərinə haqq qazandrımaq üçün çox vaxt onların psixoloji durumunda problemlər olduğunu qabardırlar. Lakin heç bu da sözügedən məsələ ilə bağlı hökumətin məsuliyyət yükünü azaltmır.

İş burasındadır ki, 2021-ci ildə Prezident İlham Əliyev hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə, Müdafiə nazirliklərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər qurumların nümayəndələrindən ibarət ayrıca komissiya yaradılıb. Təəssüf ki, internet resurslarında bu komissiyanın işi ilə bağlı hansısa ciddi informasiyalara rast gəlmək mümkün deyil.
Digər tərəfdən, əgər doğrudan da, adı çəkilən komissiya qazilərə psixoloji yardım işini təşkil edirsə, onda necə olur ki, özünəqəsd hallarının sayı aybaay artır? Bu, paradoksal deyilmi?

Millət vəkili Aydın Hüseynov məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib. O, fərmanın tələb olunduğu səviyyədə yerinə yetirilmədiyini diqqətə çatdırıb:

“Hər şeydən öncə qazilərin hər birinə mütləq psixoloji yardım lazımdır. Lakin işlərin lazımı səviyyədə aparılmadığını açıq deməliyik. Ölkə başçısı qazilərin, şəhid ailələrinin əməyini çox yüksək qiymətləndirir. Bu sahədə problemlərin həll olunması üçün müvafiq tapşırıqlarını verir, dövlətin imkanları çərçivəsində vəsaitin ayrılması təmin olunur. Lakin qazilərin problemi hər birimizdən - deputatdan, məmurdan, bütün vətəndaşlardan asılıdır. Onların mənəvi gərginlikləri çoxdur. Müharibənin od-alovunu görüblər, sarsıntıları var. Başqalarına nisbətən qazilərə qarşı hədsiz dərəcədə səbrlə davranmalıyıq".

Millət vəkili bildirib ki, məmurlar, dövlət qurumları qazilərlə bağlı üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməlidir: "Hər bir bölgədə müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin konkret sayı var. Sadəcə, bir dəfə qazinin problemini həll etməklə yox, mütəmadi olaraq, sistemli şəkildə işə həssas yanaşmaq lazımdır. Qaziləri qəbul edib dinləməyin özü belə o problemlərin həllindən daha çox vacibdir”.

A.Hüseyniv icra hakimiyyətlərinin tərkibində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin fəaliyyətinə də diqqət çəkib: “Bu məsələyə fərdi yanaşmaq lazımdır. Çünki həmin şöbədə təmsil olunanlarının özləri də müharibə iştirakçısı və qazidir. Əgər onların üzərinə hər hansı bir qazi gəlirsə, ona çox həssas və diqqətlə yanaşmalıdırlar. Yox, əgər həmin şöbədəkilər öz vəzifəsinin öhtəsindən gələ bilmirsə, onlar digərləri ilə əvəzləmək doğru olar”.

Xəbər 1662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +