AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


06.06.2022  10:41 

Bu süründürməçilikdən basqa bir şey deyil...





A+  A-

Əmlak məsələləri Dövlət Xidməti bu gün qara günlərini yaşayır desəm, yəqin ki yanılmaram. Dövlət xidmətinin Abşeron rayonundakı strukturundan başlanan və digər rayonlarda da davam etdirilən həbslər əslində xidmətin rəhbərliyində ciddi narahatlıq yaratmalıdır. Belə ki, Abşeron rayonundakı əməliyyat əslində bir siqnal idi. Görünür, o siqnalı qulaqardına vurduqlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daha sərt addım atmağa məcbur olub. Əslində bu həbslərin digər bir səbəbi cəmiyyətdə xidmət barəsində formalaşan mənfi imici, neqativi aradan qaldırmaqdır.

Əvvəlki yazılarımda bələdiyyələrə daim narahatlıq və gərginlik yaradan orqanlar sırasında Əmlak məsələləri Dövlət xidmətinin “birinci yeri tutması” və “birinciliyi” əldən verməmək üçün “var qüvvələriylə çalışmaları” barədə dəfələrlə yazmışam.

Bəri başdan etiraf edim ki, Əmlak məsələləri Dövlət Xidmətində aparılan “təmizləmə” işləri cəmiyyətdə xidmət barəsində yaranmış ümumi neqativi aradan qaldırmayacaq. Çünki xidmətin yaratdığı problemlər həqiqətən çoxdur. Bu problemlərin əksəriyyətinn qurumun məsul şəxsləri tərəfindən süni şəkildə yaradıldığını da deməliyik. O da etiraf edilməlidir ki, məhz qurum əməkdaşlarının “fədakarlığı sayəsində” nazirlik statusunda olan bir qurumun səviyyəsi bu gün adi xidmət səviyyəsinə endirilib. Bu gün xidmətin bir qurumunda olan xəritənin digər qurumundakı ilə üst-üstə düşməməsi, iyirmi il ərzində bələdiyyələrə xəritələrin verilməsində məqsədli şəkildə ləngidilmələr, hazırlanan elektron xəritələrdəki saysız-hesabsız ciddi problemlərin olması, bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsinin bu günədək baş çatdırılmaması, bələdiyyə və vətəndaşlar tərəfindən ödənilən rüsümların həcminin son illərdə dəfələrlə artırılmasına nail olunması nəticə etibarıylə həm bələdiyyələri narazı salır, həm də vətəndaş məmnunluğunu təmin etmir. Və ən əsası əhalidə kütləvi narazılıq yaradır.

Bəzi məqamlara toxunaq.

* * *

Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanındakı Nərimanov bələdiyyəsinin 20 ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binaya, təsəvvür edin ki, söküntüdən sonra çıxarış verilməsinə nə ad verilə bilər? Bu hadisə xidmətin tarixində qara ləkə olmaqla, yəqin ki yeganə hadisə deyil. Necə “böyük ürək” sahib olmalısan ki, sökütüsü həyata keçirilmiş dövlət əmlakını özəlləşdirməyə çıxarasan və qiymətindən ücuz qiymətə satasan. Bizim sorğumuza “nağıla bənzər” cavab verilməsi, üstəlik bununla bağlı həyata keçirilən məhkəmə prosesindən məhkəmə hakiminin də ümumiyyətlə bu posesin üstünə gəlməməsi bir çox ciddi mətləblərdən xəbər verdiyini ehtimal etmək olar.

Yeri gəlmişkən, bu hadisəylə bağlı başqa bir məqamı da xatırladaq.

Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında gedən proseslərdə digər faciəli məqam ərazidə pilot layihə proqramını həyata keçirən “İNTEKS” MMC-nin ərazidə söküntü işlərini aparmaqla yanaşı onlarca ağacı “kökündən qaşıyıb” çıxarmasıdır. Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nərimanov bələdiyyəsinin sorğusuna cavab olaraq göndərdiyi məktubda qeyd edilir ki, “əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilərkən orada 39 ədəd müxtəlifcinsli (Tut, Safora, Liqustr, Ayland cinsli) yaşıllıqların olduğu müəyyən edilmişdir. Həmçinin təqdim edilən fotoşəkillərdə və “Google Earth” proqramı vasitəsiylə əraziyə 2016-2021-ci il dövrü vizual olaraq baxış keçirilmiş və ərazidə 5 ədəddən artıq yaşıllığın mövcud olmadığı müşahidə edilmişdir.” Bu isə o deməkdir ki, ərazidə müxtəlif vaxtlarda 34 ağac məhv edilmişdir. Bəs sual olunur müvafiq orqanlar indiyədək hara baxıb, niyə vaxtında ölçü götürməyiblər.

* * *

Bu gün qurum əməkdaşlarının problem yaratdığı digər bir həssas məqam şəhid və qazi ailələrinə verilən torpaqların sənədləşdirilməsində yaranan süni çətinliklərlə bağlıdır.

Bu gün normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq bələdiyyələr bir dəfə olmaqla şəhid və qazi ailələrinə torpaq sahəsini ayıra bilər. Və bələdiyyə tərəfindən ayrılan torpaq sahəsi bu qrupdan olan ailələrə pulsuz, təmənnasız verilir. Ancaq bələdiyyə pulsuz verdiyi torpağı satarkən onu birinci növbədə özü tanıtdırmalıdır.

Əslində bu prosesin özü lazımsız bir addım hesab edilməlidir. Çünki bələdiyyənin balansında olan torpaq hansı səbəbdən ikinci dəfə tanıdılmalı və satışa çıxarılan torpaq sahəsinə ayrıca çıxarış alınmalıdır. Əslində bu bürokratiyadan, süründürməçilikdən basqa bir şey deyil. Nəticədə şəhid və qazi ailəsi üçün satışa çıxarılan torpaq sahəsinin sənədləşdirilməsi üçün bələdiyyə əlavə olaraq kifayət qədər malyyə vəsaiti xərcləmiş olur. Sual olunur bələdiyyə əgər şəhid və qazilərə təmənnasız olaraq torpaq sahəsi ayırırsa niyə Əmlak məsələləri Dövlət Xidməti torpaq sahəsinin sənədləşdirilməsində güzəştə getmir və rüsümü tam alır. O şəhidimiz və qazmiz tək bələdiyyə üzvlərinin və qulluçularının yolunda şəhid və ya qazi olmayıb axı. Onların qayğısına tək bələdiyyələr deyil, həm də Əmlak məsələləri Dövlət Xidməti qalmalıdır axı. Təsəvvür edin ki, bələdiyyə şəhid və qazilərə güzəştə getdyi halda dövlət xidməti manatından keçmir, hələ üstəlik bir çox hallarda utanmaz şəkildə umub-küsürlərdə. Hər halda düşünməyə dəyər.

Başqa bir maraq doğuran hal isə bütün məsələlərə münasibət və ya irad bildirərkən xidmət əməkdaşlarının məsuliyyətdən yayınaraq Nazirlər Kabinetinin təsdiq etdiyi hansısa sənədinə istinad etmələridir. Maraqlıdır, istər prosedur qaydalarıyla, istərsə də rüsumlarda olan qiymət artımlarıyla bağlı təklifi Nazirlər Kabinetinə kimlər təklif edib? Vətəndaş, bələdiyyə və ya Əmlak məsələləri Dövlət Xidməti. Nə isə…

Düşünürəm ki, yazıda qaldırılan məsələlərə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi diqqətdə saxlamaqla tezliklə hüquqi qiymət verərək münasibət bildirəcəkdir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri


Xəbər 2053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +