AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.04.2022  15:11 

“Özümüzə qarşı olan bu kinin, nifrətin kökündə nə dayanır?“





A+  A-

"Deyirəm ölürük də "qarışqadan fil düzəltməyə". Dünəndən bəri milləti təhqir edən, gəncliyimizi aşağılayan daha nələr yazılmadı ki? Mən hələ dünənki insidenti Rusiyanin, İranın, hətta Amerikanın projesi olması barədə bəzi adamların "ağıllı-ağıllı" cümlələrlə yazdıqları, "ciddi-ciddi" şərhləri demirəm".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə sabiq millət vəkili Etibar Hüseynov çıxış edib.

"Özümüzə qarşı olan bu kinin, nifrətin kökündə nə dayanır? Anlamıram. Ayıbdı e, vallah ayıbdı. A kişilər, nə İran, nə Rusiya nə Hüseyn Həsənov?"-deyən Sabiq deputat əlavə edib ki, gəncliyi ora aparan hansısa blogger sevgisi deyil, sadəcə Ayfon (iPone) sevgisidir- vəssalam:

"O Ayfon ki, bu günkü gənclik üçün hər şeydi. Qiyməti 3-5000 manat olduğundan ayfonlar bu günkü əksəriyyət üçün əlçatmazdı, xəyaldı, istəkdi. Bəli, orda Hüseynin fanatları da vardı. Amma onların sayı ümumi kütlənin 1001-i, bəlkə 10001-i qədər deyildi. Və burda da qəribə, təəccüblü nə var ki? Fanat ordusu harda yoxdu ki? Heç uzağa getməyə ehtiyac yoxdu; Bakıda Hüseyn Dəryanın konsertində bayılan və yaxud dəlicəsinə səhnəyə tullanıb Murat Bozu qucaqlayaraq ayaqlarını onun belinə sarıyan gənc qızları nə tez unutdunuz? Mən hələ burnunu maşının aynasından içəri soxan Damlanın əyalət fanatlarını demirəm. Amma bir daha qeyd edirəm- dünən baş verən hadisənin səbəbkarı blogger deyil, telefon sevgisidir. Bu bir növ bütün dünyada baş tutan "Qara cümə" aksiyasının Azərbaycan variantı idi. Ayrı heç nə. Demək olar ki, dünyanın əksər ölkələrində keçirilən "Qara cümə"lərdə də eyni hal müşahidə olunur; insanlar gecə saatlarından iri Ticarət mərkəzlərinin qarşısında növbəyə düzülür. Qapılar açılanda isə əsl xaos, qırğın-qiyamət baş verir. Marketlərin altı-üstünə çevrilir. Və onu da qeyd edim ki, bunu da hansısa "beyniqanlı" gənclik deyil, qosqoca avropalı, amerikalı yaşlılar edir. Amma buna görə heç kəs onlara "görməmiş", "səviyyəsiz", "mədəniyyətsiz" demir. Bizdə isə.."

Etibar Hüseynov əlavə edib ki, təssəvür edin ki, 2 gün əvvəldən bir elan verilir ki, bəs filan tarixdə, filan ticarət mərkəzində hansısa Həsən-Hüseyn və yaxud Conson-Vilson deyil elə öz Üzeyir Mehdizadəmiz və ya Şəbnəm Tovuzlumuz öz fanatlarına 20 ədəd pulsuz Ayfon paylayacaq. Və yaxud Fəlakət (Fəli) "Sədərək" ticarət mərkəzində hər birinin qiyməti 3-5 min civarında 20 ədəd məişət cihazı, yaxud ərzaq bağlaması paylayacaq:

"Sizi inandırım ki, mənzərə dünən baş verəndən daha "möhtəşəm" olacaq. Vallah olacaq, billıah olacaq. Ona görə də gənclərimizi aşağılamayın, gözdən salmayın. Bütün əyər-əskikliyi ilə Azərbaycan gəncliyi gözəldi, möhtəşəmdir. Sonuncu Qarabağ savaşında o bunu hamıya sübut etdi. Sevirəm səni AZƏRBAYCAN!, sevirəm səni GƏNCLİK!"

Xəbər 1740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +