AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.11.2021  15:35 

Fazil Mustafa: “Bizdə idarəetmədə nöqsanlar var”





A+  A-

Milli Məclisin Covid-19-a yoluxmuş əməkdaşlarına 500 manat məbləğində maddi yardım edilib. Bu barədə Milli Məclisin son plenar iclasında deyilib. Bundan sonra koronavirusa yoluxmuş bütün vətəndaşlara hökumət tərəfindən maddi yardımın edilməsi məsələsi müzakirə olunmağa başlayıb.

XəzərNews.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Bakupost.az -a həm bu məsələ, həm də ümumiyyətlə ölkədə pandemiyaya qarşı aparılan mübarizə ilə bağı ilginc açıqlama verib.

O bildirib ki, Milli Məclisin kovidə yoluxmuş əməkdaşlarına maddi yardımın edilməsi məsələsi düzgün təqdim olunmayıb və buna görə də cəmiyyətdə çaşqınlıq yaranıb:

“Məsələnin mahiyyəti bundan ibarətdir ki, maddi yardımı Milli Məclisin rəhbərliyi göstərməyib. Milli Məclisin Həmkarlar Təşkilatı var və həmin əməkdaşlar üzvlük haqqı olaraq aylıq maaşlarından ora pul köçürlər. Tutaq ki, təmizlikçi xəstələnib, o, Həmkarlar Təşkilatına müraciət edir və Həmkarlar Təşkilatı da ona pul ayırır. Bu, dövlət yardımı və yaxud Milli Məclisin büdcəsindən ayrılan yardım deyil. Yəni Həmkarlar İttifaqı Konfederasiyası minlərlə üzvü olan insanlara müraciət etdikləri zaman belə yardımlar edir”.



Hökumətin kovidə yoluxmuş vətəndaşlar maddi yardım ödəməsi ilə bağlı məsələyə gəldikdə isə millət vəkili bunları deyib:

“Bildiyiniz kimi qapanmalar olduğu zaman dövlət tərəfindən 190 manat məbləğində bir yardım olunub. Əgər yenidən qapanma olacaqsa, bu yardım təkrarlanacaq. Lakin indi heç bir qapanma yoxdur. Qeyd edim ki, əslində bizdə də kovidə yoluxmuş insanlara maddi yardım ödənməlidir, amma niyə ödənilmir?

Belə əsaslandırırlar ki, xəstəxanalarda kovidə yoluxmuş şəxslərin bütün müalicəsi pulsuzdur. Bəli, müəyyən dərəcədə pulsuz müalicə var, amma neçə baş həkimlərin həbs olunduğunu da gördük. Səbəb nə idi? Bir xəstəxanaya düşmək üçün 3000-5000 min ödəmələr almışdılar. Bu rüşvət məsələsi hələ də ortadan qalxmayıb.

Ona görə də vətəndaş çox vaxt evdə müalicə olunmaq istəyir və dərmanları da özü alır. Bu da 500-1000 manata, bəzən daha çox məsrəfə gətirib çıxarır. Hətta xəstəxanada yatan xəstələr belə bəzən tapılmayan dərmanı özləri almalı olurlar. Bizim səhiyyə sistemi iflic vəziyyətdə olduğuna görə bu problemlər yaşanır. Ona görə də reallıqlar nəzərə alınmalı və belə şəxslərə yardım edilməlidir. Çünki dövlət heç bir halda vətəndaşını diqqətdən kənarda saxlamamalıdır".



Millət vəkili vurğulayıb ki, bütün bunlarla yanaşı dövlətin imkanları da nəzərə alınmalıdır:

“Bilirik ki, dövlət işğaldan azad olunmuş ərazilərin bərpası üçün çox böyük işlər görür. Bunlar nəzərə alınmalıdır. Həm də bir məsələ var: təəssüf ki, bizdə sui-istifadə halları həmişə olur. Belə bir yardımlar ayrılsa hərənin bir xəstə siyahısı ortaya çıxacaq. Ona görə də hesab edirəm ki, indiki halda ən optimal variant xəstəxanalardakı vəziyyəti düzəltməkdi. İnsanlar əmin olmalıdır ki, xəstəxanada vəziyyət daha yaxşıdır, orda hər şey pulsuzdur və ora yerləşdirilməsində heç bir problem yoxdur. Yaxud da evdə müalicə olunan xəstələrə diqqət artırılmalıdır. Düzdür, bizdə hər bir covid xəstəsinə dərmanların pulsuz verilməsi nəzərdə tutulur. Amma burda da çox aydın şəkildə görünür ki, yadım yox, yardımın imitasiyası var. Əvvəla çox vaxt həmin dərmanlar müalicə üçün yetərli olmur. Bunu müəyyən etmək çox sadədir. Götürün, həkimin yazdığı resepə baxın, sonra da təqdim olunan dərmanlara baxın. Görün o dərmanlarla xəstə sağalarmı? İnanın ki, bəlkə də bəzi xəstələrin birdən-birə ağırlaşması, bəzən həyatdan köçməsi ö dərmanlarla kifayətlənmələri ilə bağlıdır. Bəzən xəstələr həkimə deyir ki, sən dövlətdən çox bilirsən?

İkinci bir məsələ isə həmin dərmanların xəstəyə çatmasıdır. Aidiyyəti şəxslər görəsən, maraqlanıbmı ki, ayrılan dərmanların neçə faizi xəstəyə çatıb? İndi kovidə yoluxan xəstəyə zəng vurub deyirlər ki, gəlin dərmanlarınızı xəstəxanadan aparın. Kim götürsün bu dərmanları? Bayıra çıxması qadağan olunan adam? Yoxsa, yaxını, qohumu? Bir tərəfdən deyirsiz ki, xəstə heç kimlə kontaktda olmasın, digər tərəfdən bildirirsiz ki, yaxınlarınızdan kimsə dərmanı götürüb çatdırsın sizə? Mən kimə deyim ki, get bu pandemiya şəraitində yoluxmaq riski yüksən olan yerə, dərmanımı götür, sonra da ikinci dəfə özünü riskə atıb mənə çatdır. Budur sizin yoluxma əleyhinə tədbirləriniz?



Heç olmasa başqa ölkələrdən nümunə götürün. Məsələn, Türkiyə necə etdi? Evdə olan kovid xəstələrinə qapıdan bütün yemək, dərmanlar verilir ki, sağalana kimi evdən çıxmasın. Onlar sağalana kimi xəstəni diqqətdə saxlayırlar. Bizdə isə bir evin qapısını döyən yoxdur. Testin qiyməti isə 75-100 manatdır. Niyə Türkiyədə testin qiyməti iki dəfə ucuzdur? Bu kimi məsələlərdə bizdə idarəetmənin də nöqsanlar var”.


Xəbər 1758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +