AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.11.2021  17:56 

“Evi qızdırmaq, yemək bişirmək üçün təzəkdən istifadə edirlər” - Neft-qaz ölkəsində





A+  A-

“Cəlilabad rayonunun Ləkin kəndinin ətrafında meşə sahəsi qalmayıb, illərdir qazsızlıqdan əziyyət çəkən əhali hamısını qırıb qurtarıb. Kənd artıq məhv olmağa doğru gedir. Bir az imkanı olanlar köçüb canını qurtarır, imkanı olmayanlar da kənddə zülm çəkirlər”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə Ləkin kəndində yaşayan sakinlər “Qafqazinfo”ya müraciət ediblər.

Onların sözlərinə görə, kənddə Sovet dövründən də qaz olmayıb. Son illər isə vəziyyət daha da acınacaqlı şəkil alıb. Artıq kənd camaatı yanacaq kimi heyvan təzəyindən istifadə edir: “Kənddə qaz olmadığından illərdir ki, ətrafda olan ağaclar qırılıb, yandırılıb. Hətta həyətyanı ağacları da qırıb qurtarıblar. Bu dəqiqə kənddə odun tapmaq qiymətli əşya tapmaq kimidir. Artıq sakinlər evi qızdırmaq, yemək bişirmək üçün təzəkdən istifadə edirlər”.



Sakinlər iddia edirlər ki, Ləkin kəndinə qaz çəkilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, “çəkiləcək” deyib, belə demək olarsa, yola verirlər.

Şikayətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, hazırda bu istiqamətdə iş gedir və bu kəndin 2023-cü ildə qazlaşdırılacağı gözlənilir:

“Cəlilabadda hazırda 5 yaşayış massivi və kənddə qaz çəkilişi ilə bağlı iş gedir. 2022-ci ildə isə 9 kənd və yaşayış massivinə qazın çəkilişi plana salınıb. Bu proses mərhələli şəkildə, “Azəriqaz”ın öz daxili imkanları hesabına reallaşır.



Həmin kəndin də qazlaşması gündəmdə var. Yəqin ki, 2023-cü ilin birinci rübündə bu kəndin qazlaşması planlaşdırılacaq. Birdəfəlik bütün kəndlərdə bu prosesi həyata keçirmək mümkün deyil. Çünki təkcə Cəlilabadda deyil, regionun digər rayonlarında da bu proseslər davam edir. İnsanlar bir az səbirli olsunlar, onlara da plana uyğun olaraq vaxt gələcək. Hazırda bununla bağlı iş gedir”.

Xəbər 3130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +