AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.11.2021  16:06 

Jurnalistin şikayət etdiyi həkimin məhkəməsi başa çatdı - Nəticə





A+  A-

Telejurnalist, aparıcı Günel Gözəlovaya edilən haqsızlıq, həyat yoldaşının həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və ancaq möcüzə nəticəsində həyatda qalması ictimaiyyətə məlumdur.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov böyrək daşı əməliyyatına girib, 6 saata yaxın davam edən əməliyyatdan sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu ilə çıxarılıb.

Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında 6 aydan çox davam edən məhkəmə işi ilkin instansiyada tamamlanıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev iddiaçı tərəfin cavabdeh qismində göstərdiyi həkim-uroloq Araz Bayramovu günahsız sayıb.

“Vəkilim Elçin Sadıqov 13 oktyabr 2021-ci il tarixində saat 17.00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində 1(099)-490/2021 saylı cinayət işi üzrə əvvəlcədən təyin edilmiş məhkəmə iclasında olduğuna görə bizim iddiamız üzrə aparılan məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərmiş və iclasın təxirə salınmasını xahiş etmişdi. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev isə ərizəni qeydiyyata almışdı. Buna baxmayaraq, hakim özü qanunu pozub, məhkəmə iclası keçirib və iddianı rədd edib. Məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığımız bildirərək, qanuni hüququmuzdan istifadə edib öz ekspertimizi daxil edərək növbəti ekspertiza barədə vəsatət qaldıracaqdıq. Eyni zamanda bir çox faktları ortaya çıxara biləcək xəstəlik tarixçəsini tələb edəcəkdik. Lakin Vüqar Quliyev məhkəmə iclasında bizim iştirakımız təmin edilmədən qətnamə çıxarıb. Qətnamədə isə bizim iştirakımız barədə heç nə yazılmayıb, izah verilməyib” – deyə, Günel Gözəlova bildirib.

Uzun illər dövlətə inam və sədaqətlə xidmət edən jurnalist Günel Gözəlova bu qərarı qərəzli hesab edir və Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb.


Günel Gözəlova məhkəmə qərarını qərəzli adlandırmasını bir neçə faktla əsaslandırır. Belə ki, 2021-ci il 13 oktyabr tarixində keçirilən məhkəmədə hər şeydən əvvəl iddiaçı tərəfin iştirakı təmin edilməyib. Bundan başqa, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində bir-birini təkzib edən qeyri-müəyyənliklər var. Nəhayət, hakimin dəqiqləşdirmə aparmaq, ədalət prinsipi çərçivəsində qərar vermək üçün şahidlərə müraciət etmək əvəzinə, tələm-tələsik qərar çıxarması sual doğurur.

“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin rəyində yazılanlar sonda 6 nəfərdən ibarət ekspert qrupunun gəldiyi nəticə ilə bir-birini təkzib edir. Qeyd olunur: “0734579 saylı xəstəlik tarixindən görünür…” Halbuki, iddia tərəfi olaraq bizə belə bir xəstəlik tarixçəsi təqdim olunmayıb, bu sənədi görməmişik. Ümumiyyətlə, dünyada həkimlərlə bağlı heç bir məhkəmə prosesində xəstəlik tarixçəsinin orijinalı məhkəməyə və qarşı tərəfə təqdim edilmədən məhkəmə keçirilmir. Hakim Vüqar Quliyev nədənsə bu nüansı gözardı edib.

Nədənsə, hakim əhalinin sağlamlığının qorunması barədə Azərbaycan Respublikası qanununun IV fəsil, maddə 25-də göstərilən “Sağlamlığın vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ”nu, eyni zamanda xəstəlik tarixçəsinin ən önəmli fakt olduğunu nədənsə unudur. Məhz bu hüquq o xəstəlik tarixçəsinin təqdimatını təmin edir, orda qeyd olunanlarla reallığın nə dərəcə uyğunlaşdığını müəyyən etməyə kömək edir. Bu ziddiyyətli vəziyyəti araşdırmaq üçün müraciət edilən məhkəmə nədənsə şahidlərin varlığını da “unudur”!? Hər yerdə xəstədə 12 saat sonra dissosiativ pozuntunun aşkarlandığı göstərilir. Halbuki xəstəxana personalı və şəxsən mən özüm Anarın əməliyyatdan ayılan kimi anormal vəziyyətini müşahidə etdik. Amma onun bu halını göstərmək üçün Araz Bayramovu heç cür tapa bilmədim.

Məhkəmə Tibbi Ekspertizanın ekspert qrupu isə həkim olmaqla yanaşı, yəqin ki ya müstəntiq, ya da falabaxandırlar. Onların rəyini oxuyanda adama elə gəlir ki, həmin dövrdə görünməz bacarıqları ilə baş verənləri müşahidə ediblər. Eyni zamanda gördüklərini də nədənsə yalan yazırlar. Araz Bayramov 12 saat sonra Anarı göstərmək üçün tamamilə başqa klinikadan nevropatoloq tapıb gətirib. Həmin nevropatoloqun təkidlə dediyi və dünyada vacib müayinə olan MRT müayinəsi isə həmin an deyil, 10 gün sonra edilib. Beyinin subarxanoidal qanaxması ən təhlükəli insult növüdür və adətən insanların 50 faizi anında müdaxilə olunmazsa bu səbəbdən həyatını itirir. Eyni zamanda, beyinin digər, ən təhlükəli yarımkürəsində işemik insult olması vəziyyəti daha da qorxulu edir. Dünya səhiyyəsi ən xırda insult problemində belə, xəstəni 40 gün nəzarətdə saxlayır və 1-5 saat ərzində MRT müayinəsi ilə beyinin durumunu müəyyən edir, vacib müdaxilə olunur. Anarda müşahidə edilən problemi isə 12 saat sonra sadəcə nevropatoloq rəyi ilə aydınlaşdırılıb. Müayinə isə ancaq mənim təkidimdən sonra olub. Təəssüf ki, başqa heç nə edə bilmədim. Çünki yeni əməliyyatdan çıxan, durumu ağır olan adamı özbaşına bir klinikadan digərinə köçürə bilməzdim” – deyə, Günel Gözəlova söyləyib.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycanda pasiyent hüquqlarının qorunmasında ciddi problemlər var. Tibbi sığorta sisteminə tam və sürətli keçid edən Azərbaycanda pasiyent hüquqları haqqında qanunların hələ də qəbul olunmaması Günel Gözəlova kimi yüzlərlə vətəndaşın ədalət hayqırtısını cavabsız qoyur… /yenicag.az/

Xəbər 2107 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +