AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.09.2021  17:48 

Bu nazirlik kitab sərgisinə görə nə qədər pul “silir”? - İttiham - VİDEO





A+  A-

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu 6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının təşkilində Mədəniyyət Nazirliyini tənqid edib. O, qurumu nəşriyyatların müstəqil yarmarka keçirmələrinə imkan verməməkdə, onlara dəstək olmamaqda ittiham edib.

Ş.Xuduoğlu qeyd edib ki, 1-6 oktyabr tarixilərində “Qanun”un keçirəcəyi yarmarka müstəqil yarmarkadır, yəni Mədəniyyət Nazirliyinin yarmarkasına alternativ deyil:
“Biz sərbəst olmaq, azad bazar imkanlarından yararlanmaq istəyirik. Bununla bağlı bütün nəşriyyatlara müraciət etmişik, onlar da öz kitabları ilə birgə bu yarmarkaya qatılacaqlar. Yalnız özümüzün cızdığı ssenari əsasında yarmarkamız baş tutacaq. Məsələn, Frankfurt Yarmarkası müstəqil yarmarkadır, Almaniya Mədəniyyət Nazirliyinin ona heç bir aidiyyəti yoxdur. Yaxud İstanbul Kitab Yarmarkası sərbəstdir, Mədəniyyət Nazirliyi gəlir, açılışda iştirak edir, xeyir-dua verib gedir. Amma yarmarkanın büdcəsinin formalaşması, yaradılması və təşkil olunmasının Türkiyə Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. Biz də istəyirik ki, Azərbaycanda da müstəqil kitab yarmarkaları olsun. Çünki artıq nəşriyyat güclənib, cəmiyyətdə kitaba maraq var, hər kəs istəyir gəlib yarmarkadakı endirimdən yararlansın. Bu halda niyə də müstəqil yarmarka etməyək? Mədəniyyət Nazirliyi əslində buna sevinməlidir ki, onun yükünü biz azaldırıq. Nəşriyyatları özümüz yığırıq, yarmarka keçiririk. Mədəniyyət Nazirliyin də dəvət edirik ki, gəl, lütfən açılışda çıxış et, xeyir-duanı ver, biz də işimizə başlayaq”.

Nəşriyyat rəhbəri bildirib ki, Mədəniyyət Nazirliyi sərginin keçirilməsi üçün nəzərdə tutulan yerdə 18 kv.m-dən 24 kv.m-dək sahənin hər bir kv.m-i üçün 150 AZN ödəniş istəyir: “Mədəniyyət Nazirliyi deyir ki, bu yeri sizə pulla satıram. Cəmi 6 kv.m. ərazini pulsuz verir. İndi düşünün, “Qanun” Nəşriyyatının üst-üstə 10 mindən yuxarı adda kitabı var. Yarmarkaya da hərəsindən 3 ədəd kitab gətirilsə, bu 30 min kitab edir. Biz bu kitabı hara qoyaq? 6 kv.m. əraziyə necə sığaq? Təsəvvür edin, bir adamın ayaq ölçüsü 43-dür, ona gətirib verirsən 31-27 ölçü ayaqqabı. Bu da eyni elə. Axı, yarmarkanın məqsədi Azərbaycan kitabına dəstək verməkdir. Bəs dəstək verirsənsə, zəhmət olmasa, hər bir nəşriyyat nə qədər yer istəyirsə, ver. Onsuz da Azərbaycanda nə qədər nəşriyyat var ki? Türkiyədə 4 mindən çox nəşriyyat var. Bizdə isə uzaqbaşı işlək 50 nəşriyyat var”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Bakupost.az -a bildirilib ki, 6-10 oktyabr 2021-ci il tarixlərində keçiriləcək sərgi “Caspian Events Orginizers” şirkəti tərəfindən həyata keçirilir:
“Sərgi iştirakçılarına Mədəniyyət Nazirliyi tərəfindən 6 kv.m. tam təhciz olunmuş stend ödənişsiz təmin olunur. Lakin 6 kv.m.-dən artıq sahə CEO tərəfindən ödənişli əsaslarla verilir və ödənişli əsaslarla hər bir nəşriyyat 24 kv.m.-ə qədər yer verilir. 6 kv.m.-dən artıq sahə üçün hər bir kv.m. üçün 50 AZN ödəniş edilir. Bu ödəniş CEO-ya aiddir. Nazirlik sərginin yüksək səviyədə keçirilməsi üçün naşirlərə maksimum dəstək göstərir”.

Qeyd edək ki, sərgidə iştirak üçün sahə sifarişi üzrə ərizə - müqavilədə “Sərgi-yarmarkanın təşkilatçısı Mədəniyyət Nazirliyidir” kimi göstərilir.



Xəbər 2768 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +