AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


09.09.2021  13:11 

Peyvənd pasportu olmayan vətəndaş xəstəxanaya buraxılmadı





A+  A-

“Sentyabrın 6-da əvvəlcədən zəng edib həkim qəbuluna yazılsam da, məni Respublika Neyrocərrahiyyə Xəstəxanasına buraxmadılar. Səbəb kimi isə xəstəxanaya girişin yalnız COVID-19 pasportu ilə olmasını göstərdilər”.
XəzərNews.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Nəcibə Dadaşova müraciət edib. Onun sözlərinə görə, xəstəxanada bununla bağlı hər hansı elan asılmasa da, girişdə dayanmış şəxs içəri daxil olan hər kəsin COVID pasportunu yoxlayır: “Mən Nevrologiya şöbəsinə gedirdim, heç ümumi girişdən keçə bilmədim. Məndən sonra gələn hər kəsdən də COVID pasportu istədilər, kimdə var idi keçdi, olmayanlar mənim kimi əliboş geri qayıtdı. Gəlib qaynar xəttə nə qədər zəng etsəm də, düşə bilmədim. Axı bu hansı qanunda var? Tibb müəssisəsi vətəndaşdan peyvənd pasportu istəyə bilərmi?”

“Qafqazinfo” şikayətlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, yalnız xəstənin yanında gələn şəxslərdən peyvənd pasportu istənilir: “Xəstəxanaya müalicə və müayinə məqsədilə gələn şəxslərin tibb müəssisəsinə daxil olmasında heç bir maneə yoxdur. Xəstəxananın girişində pasportların yoxlanılması isə xəstəni müşayiət edən vətəndaşların COVID pasportunun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Məhz xəstənin yanında gələn vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, COVID pasportu olmayan şəxslərin pandemiya qaydalarına uyğun olaraq xəstəxanaya buraxılması məqsədəuyğun hesab edilmir”.

Xəbər 2079 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +