Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


06.05.2020  09:46 

Həbsxanalarda koronavirusa yoluxan olmayıb - RƏSMİ





A+  A-

Azərbaycanda koronavirus pandemiyasının başladığı vaxtdan etibarən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında aparılan işlər ictimaiyyətin maraq dairəsindədir.
XəzərNews.az bildirir ki, "Qafqazinfo" bununla bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları qeydə alındığı vaxtdan Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə başlanılmış kompleks profilaktiki tədbirlər bu günədək yüksək səviyyədə davam etdirilir.

Həyata keçirilmiş ilk tədbirlərdən biri vətəndaşların penitensiar müəssisələrə daxil olmasının, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsinin, habelə gətirilən sovqatların qəbul edilməsinin müvəqqəti dayandırılması olub. Eyni zamanda Penitensiar xidmətin əməkdaşları tərəfindən aparılan ətraflı izahedici işlərin nəticəsidir ki, məhkumların ailə üzvləri və yaxınları tətbiq olunan müvəqqəti məhdudiyyətləri anlayışla qəbul edir və dəstəkləyirlər. Vəkil, müstəntiq, həkim və digər aidiyyəti şəxslərin müəssisələrə buraxılışında isə heç bir məhdudiyyət yoxdur, lakin bu prosedur xüsusi qaydada həyata keçirilir.

İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar və dezinfeksiya avadanlıqları təchiz edilmiş nəzarət-buraxılış məntəqələri əvvəlki qaydada gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Əvvəlki rəsmi məlumatlarda da qeyd olunduğu kimi, həyata keçirilən tədbirlərin icrasını nəzarətdə saxlamaq məqsədilə nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupunun üzvlərinin penitensiar müəssisələrə baş çəkmələri intensiv şəkildə davam etdirilir, məhkumların saxlanma, tibbi və dərman təminatı diqqət mərkəzində saxlanılır.

Görülmüş işlərin nəticəsidir ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu günə kimi şəxsi heyət, məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu arada bildirək ki, Bakı İstintaq Təcridxanasında da koronavirus pandemiyasının başladığı gündən etibarən kompleks profilaktik tədbirlər həyata keçirilir. Məlumdur ki, pandemiya ilə əlaqədar məhkəmə prosesləri təxirə salınıb. Ona görə də məhkumlar əsasən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla əlaqədar olaraq da təcridxanada mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir, yeni gələn məhkumların qızdırması ölçülür.

Xəbər 1660 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +