AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


19.12.2019  09:36 

Nümayəndələr Palatası Trampa impiçment elan etdi





A+  A-

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, indi işə baxılması ilə Senat məşğul olacaq, hansı ki, Tramp üzərində məhkəmə prosesini keçirməlidir. Öz növbəsində, Ağ Evdən bildiriblər ki, Tramp impiçment proseduru çərçivəsində növbəti addımlara hazırdır və Senatda haqlı çıxarılacağından əmindir.

Daha əvvəl isə Tramp Tvitter hesabında ona qarşı elan edilən impiçmenti qəbul etməyərək heç bir qayda pozuntusuna yol vermədiyini və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının stenoqramını dinləməyi məsləhət görüb.

Qeyd edək ki, konqresmenlər Trampın impiçmenti prosedurunu onun qarşıdakı seçkilərdə rəqibi olan Cozef Baydeni gözdən salmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etməsi məlumatından sonra irəli sürüblər.

Xəbər 1447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +