AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.12.2019  10:07 

YAP-ın seçki siyahısı hazırdır





A+  A-

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdır.

Verilən məlumata görə, siyahı ya bu həftənin sonunadək elan olunacaq, ya da gələn həftə keçiriləcək bələdiyyə seçkisindən sonra açıqlanacaq.

Hakim partiyanın siyahısında sürpriz adların olacağı qeyd olunur. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə biləcəyik.

Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.

O da qeyd olunur ki, V çağırış Milli Məclisin bir neçə yaşlı deputatının təcrübəsindən yararlanmaq üçün onların namizədliyi yenidən dəstəklənəcək.

Bundan başqa, adı qalmaqallı hadisələrdə hallanmış və nəticədə ictimaiyyət arasında hakim partiyanın nüfuzuna xələl gətirmiş bəzi YAP-çı deputatların da üstündən xətt çəkildiyi vurğulanır. Yenidən namizədliyinin irəli sürüləcəyi gözlənilən bəzi YAP-çı deputatların da budəfəki siyahıda yer almadığı barədə məlumatlar var.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 69 YAP-çı deputat var.

Xəbər 1640 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +