AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


10.08.2019  14:07 

Sabah yağış yağacaq, külək əsəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində gözlənilən hava şəraitini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. Küləyin sürəti 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, küləyin sürəti 3-8 m/s, arabir 10-12 m/s olacaq. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23 isti, gündüz 24-27 isti, sonrakı günlərdə 28-31 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti, bayram günlərində 25 dərəcəyədək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 12-13-də gündüz saatlarında hava əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18, 11-də gündüz 22-27 dərəcə isti, sonrakı günlərdə 30 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22, gündüz 25-30, sonrakı günlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər 1272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +