AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.03.2019  18:14 

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb





A+  A-

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədov azadlığa buraxılıb. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
XəzərNews.az xəbər verir ki, Ə.Əhmədov CM-in 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. Amma Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası ona verilən ittihamları CM-in 322-ci (özbaşınalıq) maddəsinə tövsif edib və sabiq nazirin qardaşını cəmi 2 min manat cərimələyib.

Prokuror Ə.Əhmədova 12 il həbs cəzası istəmişdi.

Martın 18-də hökm elan olunmamışdan öncə Ə.Əhmədov son sözünü deyib. O, qısaca məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib. Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra qayıdıb hökmü elan ediblər.

Hökm dərhal icra olunub və Ə.Əhmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama əsasən, Ə.Əhmədov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin sabiq rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu özünün «Park-Plyus» adlı restoran-əyləncə mərkəzinə çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu Rəşad Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub.

Ə.Əhmədov özünü təqsirli bilmir. Deyir ki, pulu R.Tahirovun özünə birgə biznes məqsədilə vermişdi və onu tələb edirdi.

Xəbər 1561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +