“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


24.09.2018  18:06 

İran paradda törədilən terror aktının baiskarlarını tapdı





A+  A-

İran tərəfi Əhvaz şəhərindəki paradda baş verən terror hadisəsinə görə ABŞ və İsraili təhdid edib.
XəzərNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpus (İİKK) rəhbərinin müavini intiqamın “sərt və dağıdıcı” olacağını söyləyərək hər iki ölkə rəhbərliyi hazır olmağa çağırıb.

“Siz bizim intiqamımızı bundan əvvəl də görmüşünüz. Siz bizim cavabımızın sarsıdıcı və dağıdıcı olacağını görəcək və etdiyiniz əmələ görə peşman olacaqsınız” – deyə Hüseyn Salami hadisə qurbanlarının dəfn mərasimində bəyan edib.

Dəfn mərasiminə minlərlə insan yığışdığı bildirilib. Onların əksəriyyəti “İsrail və ABŞ-a ölüm” şüarları səsləndiriblər.

Dəfn mərasimində İranın müdafiə naziri Əmir Xatəmi də intiqam şüarları ilə çıxış edib.

Ölkənin kəşfiyyat naziri Mahmud Ələvi terror hadisəsi ilə əlaqədar böyük bir şübhəli şəbəkəsinin saxlanıldığını bildirib. Ələvi onların kimlikləri barədə məlumat verməkdən imtina edib.

İranın yüksək çinli şəxsləri bu dəhşətli hücumda Səudiyyə Ərəbistanı və BƏƏ-ni də ittiham ediblər.

Səudiyyə Ərəbistanı və ABŞ-ın yaxın müttəfiqi olan BƏƏ hadisədə əli olduğu barədə İran tərəfinin ittihamlarını rədd edib.

Hadisə ilə əlaqədar məsuliyyəti İŞID terror təşkilatı boynuna götürüb. Onların yaydığı video görüntüdə maşınla hərəkət edən üç nəfərin fars dilində hücumu planladıqları görsənir.

“Biz müsəlmanlarıq, onlar kafirlər. İnşallah biz onları güclü və partizan hücumu ilə məhv edəcəyik” – deyə görüntüdə başında İİKK-nın loqotipi olan kepka geymiş bir nəfər danışır.

Hadisəyə görə məsuliyyəti həmçinin İranın etnik yerli ərəb müxalifəti olan Əhvaz Milli Müqavimət təşkilatı da boynuna götürüb. Onlar İranın neftlə zəngin Xuzistan əyalətində öz dövlətlərini qurmaq istəyirlər.

Analitiklərin rəyinə görə isə bu təcavüz korpusun xeyrinə işləyir və artıq ictimaiyyət tərəfindən lazımi dəstək alınıb. Ekspertlər dini liderin bu gücdən içlərinə prezident Həsən Ruhaninin də daxil olduğu bütün tənqidçilərin susdurulması üçün istifadə ediləcəyini bildirirlər.

İİKK-nin yüksək rütbəli zabitləri isə hücumun ABŞ-ın dəstəyi ilə Fars körfəzi ölkələri və İsrail tərəfindən təlim keçmiş terrorçular tərəfindən həyata keçirildiyini hesab edirlər.

İranın quru qoşunlarının komandanı Nəzar Nemati “Mizan” agentliyinə hücum edən şəxslərin şəxsiyyətlərini müəyyənləşdirildiyini və yaxın zamanlarda bu məlumatların yayımlanacağını bildirib.

Qeyd edək ki, İranın Xuzistan əyalətinin Ahvaz şəhərində İraqla müharibədə qələbə münasibəti ilə keçirilmiş ənənəvi hərbi paradda silahlı hücum həyata keçirilib. Terror hadisəsində 12-si İİKK-nın hərbçisi olmaqla 24 nəfər ölüb və 60-a yaxın insanın yaralanıb.

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +