AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


13.09.2018  12:56 

“Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda ikinci söhbət baş tutdu - FOTOLAR





A+  A-

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda ikinci söhbət sentyabrın 12-də baş tutdu.
XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev birgə tədbir barəsində iştirakçılara ətraflı məlumat verdi və qonaqları təqdim etdi. F.Babayev söhbətin devizini – Heydər Əliyevin “Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır” sözlərini xatırlatdı və iştirakçıları müzakirələrdə fəal olmağa çağırdı.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanda multikulturalizm dəyərlərinin formalaşmasında ümummilli lideri Heydər Əliyevin rolundan danışdı. PA rəsmisi bu gün həmin ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı və ölkə ərazisindəki məscid, kilsə və sinaqoqların bərpasında Heydər Əliyev Fondunun xidmətlərini qeyd etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı bu gün dünyada multikultural dəyərlərin vətəni kimi xarakterizə etdi. R. Həsənov Azərbaycanın multikultural dəyərlərinin xarici mütəxəssislər tərəfindən dərindən öyrənildiyini və digər ölkələr üçün tövsiyə edildiyini bildirdi.

Azərbaycan İlahiyyat İnstitutunun nümayəndəsi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycanda multikulturalizmin tarixindən və bugünkü vəziyyətindən danışdı.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, “Azərbaycanda birgə yaşayış və multikulturalizm”, “Mətbuatda multikulturalizm” kitablarının müəllifi Niyaz Niftiyev multikultural təhlükəsizliyin təmin edilməsində Heydər Əliyevin rolundan və mətbuatda multikulturalizm problemindən bəhs etdi.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qəmbərov dünyada tətbiq olunan multikulturalizm modelləri barəsində məlumat verdi və Azərbaycan multikulturalizminin özəlliklərini qeyd etdi.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov müharibə və milli kimlik probleminə toxundu.

Tədbirdə həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşları Gündüz Nəsibov və Təmkin Məmmədli, Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Şəms Bağırova və Ayşən Hüseynova iştirak edirdi.




Xəbər 1624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +