AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.09.2018  17:05 

Nəhəng şirkətlər Trampa qarşı birləşdi





A+  A-

ABŞ prezidenti Donald Tramp son zamanlar yeritdiyi siyasətlə həm özünün, həm də partiyasının mövqelərini zəiflədib. Nəticədə özünün reytinq itirməsi ilə yanaşı, partiyasının da Senatda yeri azala bilər.
XəzərNews.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Trampın rüsumlarına qarşı koalisiya yaradılması azmış kimi, partiyası da budəfəki seçkilərdə say çoxluğunu əldə saxlayacağına şübhə ilə yanaşmağa başlayıb.

ABŞ prezidentinin yeni rüsumları artıq ölkə iqtisadiyyatına zərbələr endirməyə başlayıb. İşçilərin böyük ixtisarları ilə üzləşən nəhəng şirkətlər Trampa qarşı koalisiya yaratmağı planlaşdırıblar. Koalisiya tətbiq edilmiş rüsumların aradan qaldırılmasını planlaşdırır. Koalisiyaya daxil olan bütün qruplar prezidenti bu əməlindən əl çəkdirməyə inandırmağı hədəf seçiblər.

“Son səkkiz ayda prezident və administrasiyasını tariflərin işləməyəcəyinə inandırmaq üçün çox böyük işlər görülüb. Bizim fikrimiz ondan ibarətdir ki, hələ çox gec deyil” – “Micorosoft”, “Alphabet” və “Apple” şirkətlərinin daxil olduğu İnformasiya Texnologiyaları Sənayesi Şurasının icraçı direktoru Din Qarfild söyləyib.

Bu biznes koalisiyaya ölkənin nəhəng şirkətləri daxil olub. Buraya nüfuzlu şirkətlərin daxil olduğu Pərakəndə Satış Liderləri Assosiasiyası kimi bir sıra "divlər"i aid etmək olar.

“Bu, Amerika iqtisadiyyatının demək olar ki, bütün sektorlarını əhatə edir” – Milli Pərakəndə Satış Federasiyasının baş lobbisti Devid Frenç bildirib.

Konqresin üzvləri Trampın mühafizəkar yürüşünü yavaşlada bilməyiblər. Onlardan yalnız bir neçəsi prezidentin və partiyanın qəzəbindən ehtiyat edərək, bu barədə ictimai çıxışlar etməyə cürət edib.

“Fond bazarında qaydaların azaldılması və aşağı dərəcəli vergilərin şirinliyi artıq təhlükədədir” – İBM və “Facebook” kimi nəhənglərin daxil olduğu İstehlakçı Texnologiyaları Birliyinin rəhbəri Qari Şapiro qeyd edib.

Trampın yeritdiyi siyasət həmçinin üzvü olduğu Respublikaçılar Partiyasının mövqelərini də zəiflədib. Belə ki, partiya üzvləri artıq mübarizənin ciddiliyinin fərqinə varıblar.

“Mən ümid edirəm ki, duman çəkiləndə say çoxluğu hələ də bizdə olacaq” – deyə respublikaçı senator Miç Makkonel söyləyib.

Bütün bunlar Trampın reytinqlərinin aşağı düşməsindən sonra başlayıb.

“The Washington Post” və “ABC News”un son sorğuları göstərib ki, seçicilərin yalnız 38 faizi prezidentin işini dəstəkləyir. Əksəriyyət isə yəni 60 faizTrampın fəaliyyətindən narazıdır.

Artıq bir neçə nəhəng ştatda respublikaçılar öz mövqelərini itirməyə başlayıblar. Bunlardən ən zəif nöqtə kimi qiymətləndirilən Texas ştatında ciddi mübarizə gedir. Partiya artıq Texasa əlavə resusrlar göndərir. Bundan əlavə, İndiana ştatında isə demokratların ən zəif namizədi sayılan Co Donelli respublikaçı rəqibi iş adamı Mayk Brau üzərində müəyyən irəliləyişlər əldə edib.

“Arizona, Nevada, Tennessi, Montana, Şimali Dakota, Missuri, İndiana, Qərbi Virciniya və Florida. Onlar hər çağırışa hazırdır və hər biri döyüş bıçağına bənzəyir. Yəni hər bir yer uğrunda sanki savaş gedir” – deyə Makkonel jurnalistlərə söyləyib.

Bundan əlavə, respublikaçılar artıq Ohayo, Viskonsin, Miçiqan və Pensilvaniya ştatları haqda danışmırlar. Qeyd etmək lazımdır ki, bu ştatlardakı seçkilərdə Tramp qələbə qazanmışdı.

Hazırda respublikaçılar Senatda çoxluğu itirməmək uğrunda ciddi mübarizə aparırlar. Lakin bu hədəf getdikcə onlar üçün daha da çətin və əlçatmaz görünməyə başlayır. Partiyanın strateqləri Trampa qəzəbi olan rayonları diqqətdə saxlayırlar ki, bu qəzəb respublikaçı namizədlərin ziyanına olmasın.

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +