AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.09.2018  16:09 

Könül Kərimova ifadə verdi - “Artistlik etmək lazım deyil”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Könül Kərimova ifadə verib.

O deyib ki, oğlunu universitetə tələbə kimi düzəltmək M.Məmmədovaya ümumilikdə 32 min manat pul verib və onun 11 min manatının geri ala bilib: "İş alınmayandan sonra Məlahəti tapa bilmədim. Zəng çatmadı, mesajlara cavab vermədi".

M. Məmmədova isə K. Kərimovanın həmin pulu oğlunun Rusiyadakı təhsilinə xərclədiyini deyib. Bu cavab müğənnini özündən çıxarıb.

O, "mən də artistəm, amma burada artistlik etmək lazım deyil. Heç "Azdrama"da sizin kimi artist yoxdur" deyə reaksiya verib.

M. Məmmədova isə əlavə edib ki, K. Kərimovadan aldığı 15 min manatı Təhsil Nazirliyində işləyən Rafiq adlı şəxsə verib: "Sonra müstəntiq araşdıranda bəlli oldu ki, həmin adam dələduzluğa görə tutulub. Könül xanım oğlunun yataqxana xərci və təhsil haqqı üçün 12 min 500 manat xərcləyib. Köçürmə üçün verdiyi pulu Rafiqi apardı, amma mən ödədim.

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.

Xəbər 1690 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +