AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.07.2018  11:56 

Azərbaycanda “enerji terroru” - 1 milyard hara gedib?





A+  A-

Mingəçevir İES-in 6-cı blokunda baş verən partlayış və yanğın məsul şəxslərin istefasını zəruri edir.
Respublikanın hər yerində işıqların eyni vaxtda sönməsi müvafiq qurumları dərhal ayağa qaldırmamışdı.

Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş vermişdi.

Bəziləri Mingəçevir İES-də təxribat olduğunu istisna etmirlər. Bu haqda feysbukda yzaırlar. Çünki Ermənistan arabir Azərbaycanı Mingəçevir İES və SES-lə vurmaqla təhdid edirdi.

Rəsmi qurumlar isə blokdakı yanğını əhalinin isti hava şəraiti ilə əlaqədar kondisionerdən istifadə edərək enerji yüklənməsi ilə izah edir.

Prezidentin Mətbuat Xidməti məlumat yayıb ki, vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir.

Artıq bütün sənaye müəssisələri, hava limanı və s. strateji əhəmiyyətli məntəqələrdə də elektrik enerjisi bərpa olunub.

Azərbaycanda 30- a qədər işlək enerji stansiyası var. Ən böyüyü olan Mingəçevir SES- də hansısa 1-2 blok deyil.

Bütün SES sıradan çıxsa ölkənin ərazisniin 15 faizinə qədərində işıqlar sönə bilər. Bütün ölkədə eyni zamanda işıqların sönməsinin texniki izahı yoxdur.

Bu hadisə Ermənistan tərəfdən istənilən diversiyanı qarşılamaq iqtidarında olan Azərbaycan əhalisini həyəcanlandırdı.

Sonra məlum oldu ki, problem Mingəçevir İstilik-Elektrik Stansiyasının enerji bloklarından birində qəza nəticəsində yaranıb.

Problem aradan qaldırılmağa başladı, hazırda rayon və şəhərlərdə işıq bərpa olunmaqdadır.

02:30 radələrində isə KİV-ə problemin anomal hava şəraiti ilə əlaqədar yarandığını deyən “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin açıqlaması daxil oldu.

Belə görünür ki, cənab Pirverdiyev həm xalqın, həm də “yuxarıların” neqativ reaksiyasından qorxub dərhal problemdən qaçmağa tələsdi və bunun üçün məmurların sevimli ifadələrindən istifadə etdi: “Mənlik bir şey yoxdur”.

Ulduzların əvəzinə məmur caməsinin ağlına gələ biləcək istənilən səbəbi yazmaq olar. “Azərenerji” ilə bağlı olan halda isə günahı anomal hava şəraitinin üstünə atdılar.

Gəlin ondan başlayaq ki, bu arqument heç bir tənqidə dözmür. Əvvəla, Azərbaycanda yayda həmişə istidir.

Orta illik temperaturdan iki-üç dərəcə çox elektrik stansiyasının enerji bloklarının işini sarsıda bilməz. Bu avadanlıq qərb ölkələrində istehsal olunur və bütün beynəlxalq standartlara cavab verir.

Hətta Bakıda adi göydələnin tikintisi zamanı elektrik sisteminin texniki iş normaları – 30 - +50 dərəcə Selsi götürülür.

Əmin olmaq olar ki, sənaye elektrik avadanlığının parametrləri mənzil generatorları üçün tələblərdən xeyli, bəlkə də iki dəfə çoxdur.

Gəlin cənab Pirverdiyev və onun komandasına Fars körfəzi ölkələrinə ezamiyyətə getməyi və orada analoji avadanlığın 60 dərəcə Selsi temperaturda necə işlədiyini izləməyi məsləhət verək.

İkincisi, Azərbaycanın enerji sistemi necə qurulub ki, bir blokda qəza paytaxt da daxil olmaqla, ölkənin beş strateji əhəmiyyətli şəhərini enerjidən məhrum edir?

Bütün ölkədə xəstəxanalar və bəzi hərbi hissələr də daxil olmaqla, mühüm strateji obyektlər elektrik enerjisiz qaldılar.

Son beş ildə “Azərenerji” dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait alıb. Əgər normanı 2 dərəcə aşan hava bütün respublikanı enerjisiz qoyursa, bəs bu vəsaitlər hara xərclənib?

Görünür Pirverdiyevi xoşagəlməz, vəzifəsini itirməsinə səbəb olacaq hadisələr gözləyir. Uzun illər tutduğu, lakin savadsız hərəkətləri ilə daha çox yadda qaldığı vəzifəsini...

XəzərNews.az FİA.Az-a istinadən xatırladır ki, “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC prezidenti Baba Rzayev məsuliyyət daşıyırlar.

Ancaq Azərbaycan reallığına belə hadisələrə görə məmurların cəzalandırılması və yaxud istefa verməsinə rast gəlinməyib.

Belə bir hadisə 2002-ci ilin iyulunda da baş vermişdi. O zaman da futbol mundialı vaxtıydı, birdən-birə ölkə zülmətə qərq oldu.

Səbəb kimi diversiyadan tutmuş taxıl zəmisində yanğına qədər çox versiyalar irəli sürüldü. Son versiya bəlli olmadı. Gecə isə 16 illik aradan sonra ölkə yenidən qaranlıqda qaldı.

Son 120 ilin ən isti yayında, milyonlarla insanın kondisionerə, soyuducuya möhtac olduğu bir vaxtda birdən-birə 4-5 saat boyunca elektrik enerjisinin kəsilməsi sözün birbaşa mənasında fəlakət demək idi.

İqtisadçı Natiq Cəfərli yazıb ki, hökumət rəsmiləri deyir ki, isti havalara görə qəza olub, işıqlar sönüb: “Xub, qəza ola bilər, amma iyul ayında isti hava həmişə olur-olacaq.

Azərenerji və digər qurumların qalstuklu müəllimlərinin nəzərinə çatdırım ki, yayda ölkədə hava isti olur, sonra payız gələcək, havalar yağışlı olacaq, qışda isə, təsəvvür edin ki, soyuq ola bilər, hətta qar yağa, şaxta da ola bilər.

Təklif edirəm ki, büdcədən 1 mlrd. manat pul ayrılsın, bunun 99%-i yeyilsin, qalan 1%-nə isə bütün müəllimlərə yeni telefon alınıb ora hava proqnozunu göstərən proqram yüklənsin - necədi? Əminəm ki, məmurların tam ürəyincə olan təklifdir...”

Xəbər 2533 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +