AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.07.2018  23:56 

İlham Əliyev: “Nazirin söylədikləri düz deyil...”





A+  A-

Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.
XəzərNews.az xəbər verir ki, dövlət başçısı strateji obyektlərdə - ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:

“Səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.

İlham Əliyev metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının isə çox acınacaqlı hal olduğunu söyləyib:

“Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.

Xəbər 985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +