AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.02.2018  10:34 

Masazırda daha bir PROBLEM - Yolları bərbad edən kimdir + FOTOLAR





A+  A-

Yol asfaltlanır, sonra yada düşür ki, bəs buradan kanalizasiya və ya qaz xətti keçməlidir. Beləcə, asfaltın bir hissəsi qaşınır və yol boyu dərin xəndək qazılır. Bu hal Azərbaycan avtomobil yollarında geniş yayılmış bir tendensiyadır, xüsusən də Bakı şəhərində.
Adiyyatı təşkilat yolu qazır, kanalizasiya və ya qaz borularını salır, üzərini torpaqlayır və gedir! Yol isə uzun müddət, bəzən illərlə "Allah umuduna" qalır. Buna paytaxtda və digər bölgələrdə istənilən qədər misallar, faktlar göstərmək olar. Məsələn, biri Abşeron rayonunun Masazır kəndi Əliağa Vahid küçəsindən “Zəngilan” şəhərciyinə gedən yol. Məlumdur ki, bu ünvanda qrunt suları ilə yanaşı, yaxınlıqda salınan yaşayış binalarının kanalizasiyası uzun müddət Duz gölünə axırdı.

XəzərNews.az Aznews.az-a isrinadən bildirir ki, bunun qarşısını almaq üçün bir neçə ay əvvəl Abşeron rayonunun rəhbəliyi tərəfindən təqdirəlayiq addım atıldı. Belə ki, yolun sağ kənarı ilə təqribən 2 kilometr uzunluğunda xəndək qazıldı və yeni kanalizasiya xətti salındı. Çox gözəl, hər kəs şad oldu. Bəs sonra? O sonra - bu sonra, düz iki aya yaxındır ki, xəndəyin üstü torpaqlanıb və ərazidə işlər tamamən dayanıb. Yəni yol kənarında heç bir texnika çalışmır. Asfalt örtüyünün üçdə bir hissəsi sıradan çıxan yol da o vəziyyətdə saxlanılıb.

Bəs iki avtomobilin yanaşı keçməsini mümkünsüz edən, sürücülər üçün təhlükəli vəziyyətdə olan bu yolun təmiri ilə kim məşğul olmalıdır?

İlk olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Bildirdi ki, bu cür hallara tez-tez rast gəlinir. Bununla belə, həmin hallarda yolun təmirini yolu qazan təşkilat həyata keçirməlidir. Yaxud da, o təşkilat əvvəlcədən Avtomobil Yolları Dövlət Agentliyi ilə müqavilə bağlayır. Həmin müqaviləyə əsasən, qazıntı işlərindən sonra yolu agentlik təmir edir.

Konkret sözügedən ünvana gəldikdə isə A.Nəcəfli qeyd etdi ki, həmin ərazi onların balansında deyil. Orada aparılan işlərlə bağlı agentlikdə heç bir məlumat yoxdur.

Sonra həmin yolu əvvəllər bir neçə dəfə öz hesabına təmir etdirən Zəngilan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. “Biz aidiyyəti quruma tapşırmışıq. Söz veriblər ki, idarənin balansına pul köçürülən kimi yolu təmir edəcəklər. Amma yanvar ayı üçün demişdilər. Ümid edirik ki, fevral ayında yol təmir olunacaq. Olunmasa, əlavə tədbirlər görəcəyik. Bununla belə, O yol bizim balansımızda deyil. Ona görə heç kimdən tələb edə bilmərik ki, sən buranı təmir etməlisən. Biz Zəngilan qəsəbəsinin daxilinə cavabdehik. O yol Masazır qəsəbəsinin balansındadır, ora da Abşeron Rayon İcra Hakimiyyəti baxır”-deyə, icra hakimiyyətindən bildirdilər. Amma aidiyyəti qurumun hansı təşkilat olduğunu demədilər.

Biz də Abşeron İcra Hakimiyyətinə zəng vurduq. Onlar da “Biz deyə bilmərik ki, o yolu kim qazıb, kanalizasiyanı kim çəkib. Bu barədə məlumatımız yoxdur. Bu işlə Masazır kənd İcra nümyəndəliyi məşğul olur. Onlarla əlaqə saxlayın” - deyə, cavab verdilər.

Nəhayət, Masazır kənd İcra nümayəndəliyinin rəis müavini Fəxrəddin Hacıbəyli ilə danışdıq. Bildirdi ki, sözügedən problem təxminən 2 kilometrə yaxın bir yolu əhatə edir. Yaxın günlərdə orada iş başlanacaq, yol təmir ediləcək. Vaxtını dəqiq deyə bilmərəm - 5 gün tez, 5 gün gec. Hələlik aydınlaşdırma gedir, təmir işlərini dəqiq hansı təşkilat etməlidirsə, o da yolu təmir edəcək. Bütün hallarda, fevral ayı ərzində yol tam təmir ediləcək”.

Göründüyü kimi, hansı təkilatın işə məsul olduğu hələlik aydınlaşdırılmayıb. Baxmayaraq ki, bu cür məsələlər əvvəlcədən, yəni yolu sökməmişdən öncə düşünülməli və qərar verilməli idi. İşlər yekunlaşdıqdan sonra da dərhal yolun təmirinə başlanılmalıydı. Yenə də ümid edək ki, yaxın günlərdə yol təmir ediləcək. Sürücülər üçün bunu hansı təşkilatın etməsi önəmli deyil.






Xəbər 6896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +