AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.01.2018  09:57 

Çoxmənzilli binaların kommunal PROBLEMİ





A+  A-

Mənzil Tikinti Kooperativlərinin (MTK) vətəndaşları müxtəlif vasitələrlə dolandırdıqları hər kəsə məlumdur. Son vaxtlar artan şikayətlər yeni tikililərdəki kommunal xidmətlərdən istifadə ilə bağlıdır. Belə ki, vətəndaş ödənişini edib, ədəb-ərkanla evində yaşamaq istəsə də, normal şəkildə qaz, işıq və su ala bilmir. Bir halda ki mənzilin qaz, işıq və su təminatı sayğacladır, vətəndaş yalnız ödədiyi məbləğdə kommunal xidmətdən istifadə edə bilər, yersiz süründürməçilik nəyə lazımdır? Vətəndaş hansı səbəbdən qışın soyuğunda qaz, işıq problemi yaşamalıdır?
Hazırda qüvvədə olan Mənzil Məcəlləsinə görə, MTK çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

Bütün sahələri dövlətin və ya bələdiyyənin mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətində belə bina olan müvafiq bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil edilmiş açıq müsabiqənin nəticələrinə əsasən seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir.

Mülki Məcəlləyə görə, soyuq və isti su, kanalizasiya, elektrik, qaz təminatı (o cümlədən, balonlarda məişət qazının təmin edilməsi), istilik təchizatı (o cümlədən, soba qalandıqda bərk yanacaqla təminat) haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlayır.

XəzərNews.az bildirir ki, Modern.az çoxmənzilli binaların sakinlərinə göstərilən kommunal xidmətlə bağlı dövlət qurumlarının mövqeyini öyrənib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında, xüsusi lisenziyası olan tikinti təşkilatları tərəfindən həyata keçirilir:

“Tikinti təşkilatları tərəfindən qaz təchizatında təhlükəsizlik, qazdan istifadə, eləcə də qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun tikinti-quraşdırma işləri aparılır və texniki icra sənədləri tərtib edilir. MTK-nın rəhbərliyi tərəfindən qəbul komissiyasının aktları, qaz təchizatı ilə bağlı texniki icra və digər zəruri sənədlər tam şəkildə “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunduqda, müvafiq qaydalara uyğun olaraq, qazın alqı-satqı müqaviləsi bağlanır və bundan sonra mənzillərə təbii qazın açılması təmin edilir”.

İ.Kərbalayev bildirib ki, ötən il ərzində 483 çoxmərtəbəli binaya təbii qazın açılması təmin edilib:

“Bu da öz növbəsində 21445 mənzili əhatə edib. “Azəriqaz” İstehsalat Birliyi təbii qazın satışı ilə məşğul olan qurum olaraq, zəruri sənədlərini təqdim etmiş istənilən çoxmərtəbəli binaya ən qısa zamanda təbii qazın verilməsinə hazırdır”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də deyib ki, bütün məsələlər MTK-lar tərəfindən icra olunmalıdır:

“MTK-lar əhali və qeyri-əhali üzrə ümumi sayğac sifariş verməlidir. Daxil olan sifariş əsasında da bizim əməkdaşlarımız sayğac quraşdırırlar. Burada hər hansı bir problem yoxdur. Həmçinin, əgər vətəndaş, həyət evi, qaraj tikirsə, onların enerji təchizatının təminatı üçün “ASAN kommunal”a müraciət edilməlidir. Ümilikdə, binanın bütün daxili işləri MTK-lara aiddir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının da fikirləri həmkarları ilə üst-üstə düşüb:

“Azərbaycanda mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi binalarda su sayğaclarının quraşdırılmasını “Azərsu” ASC həyata keçirmir. Sayğaclar binalarda MTK-ların özləri tərəfindən quraşdırılır və sayğacın dəyərinin ödənilməsi məsələləri də MTK ilə sakinlər, yənu payçılar arasında qarşılıqlı razılıq əsasında həll edilir. Təzə tikilən binalarda sayğacların quraşdırılması MTK ilə oradan mənzil alan sakinlərin öz aralarında həll olunur. Biz MTK-lara texniki şərt verəndə orada göstərilir ki, bina o zaman təhvil alınır ki, orada su anbarı tikilsin, su və kanalizasiya xətləri çəkilsin və su sayğacları quraşdırılsın. Yəni həmin binalarda su sayğaclarının quraşdırılması da MTK-ların üzərinə düşür. Sayğacların pulunun MTK tərəfindən verilməsi, onun dəyərinin mənzilin kvadratmetrinin qiymətinə əlavə olunması və ya əlavə olaraq sakinlərdən yığılması məsələsini MTK ilə oradakı payçılar öz aralarında həll edirlər. Elə MTK-lar var ki, sayğacın pulunu mənzilin qiyməti ilə birgə hesablayır, eləsi də var ki, sayğacın pulunu əlavə alır. Yəni bunun bizə heç bir aidiyyəti yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Biz texniki şərtə uyğun olaraq MTK-ya magistral xətdən çıxış veririk və digər məsələləri onlar özləri həll edirlər”.

Qurum rəsmisi qeyd edib ki, digər məsələlər dedikdə, MTK-nın abonentləri neçə saat su ilə təmin etməsi, su anbarını necə mühafizə etməsi və qoruması nəzərdə tutulur.

Xəbər 3750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +