AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


21.12.2017  13:28 

Bakıda məşhur mağazada BİABIRÇILIQ





A+  A-

Bakı sakini Leyli Qəzibəyova geyim dükanı olan “Coco” dan şikayətçidir.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib. O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olub:

“Övladımın 4 yaşı var və o da mənim yanımda idi. Uşaq çox sıxlıq olan dükanda manikenə toxundu, nəticədə maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu.

Ancaq broşka qətiyyən qırılmadı.

İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi.

Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 AZN-i tələb etdilər.
Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər.

Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi,broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib .Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki,ödənilməyib.

Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın ,ödədiyim 45 AZN mənə verilsin”.

Xəbər 3089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +