“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.09.2017  23:54 

Lənkəranskinin adamları Qulinin “sağ əlini” öldürüblər - Təfərrüat





A+  A-

Sentyabrın 11-də Tbilisidə öldürülən azərbaycanlı 1975-ci il təvəllüdlü Elçin Məmmədov yox, kriminal avtoritet Elşən Əmircanski imiş. Bu barədə bir sıra KİV məlumat yayıb. Elşən Əmircanskinin öldürülməsi ilə hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən “qanuni oğru”, kriminal dünyasında Lotu Quli kimi tanınan Nadir Səlifov öz sağ qolunu itirib. Əmircanski Səlifovun etibarlı adamlarından olub.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Gürcüstanın Azərbaycan diasporundakı etibarlı mənbə məlumat verib.

Əmircanskinin hazırkı soyadı hələlik məlum deyil. Ehtimal var ki, Əmircanski cinayətin törədildiyi yerdə tapılan pasportda öz adını Elçin Məmmədov kimi yazdırıb.

Qeyd edək ki, qətl hadisəsi axşam saat 10.00 radələrində, Əmircanski Mirzə Fətəli Axundov muzeyinin yaxınlığındakı “Peris saxli”restoranından (bu restoranlar şəbəkəsi Gürcüstanda məşhurdur və onun əvvəlki adı "Çörək evi" olub-m.) çıxıb özünün yeni Toyota Land Cruiser 200 markalı avtomobilinə oturarkən törədilib.

Mercedes G-klass markalı avtomobillə gələn naməlum şəxs Əmircanskiyə tapançadan bir neçə atəş açandan sonra hadisə yerindən uzaqlaşıb və gizlənib.
“Şahidlərin sözlərinə görə, 5-6 dəfə atıblar. Hər iki tərəf silahlı olub. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Lakin müşahidə kameraları kriminal münaqişəni qeydə alıb. Hüquq-mühafizə orqanları istintaq sirrini gizli saxlamaq üçün bizə heç nə demirlər. Təkcə onu bilirəm ki, öldürülən şəxs azərbaycanlıdır və Gürcüstanda yaşamır. O, bir müddət əvvəl cinayət axtarışında olduğu Rusiyadan bura gəlib. O, Gürcüstanda gizlənirdi. Amma göründüyü kimi onu tapıblar və öldürüblər. Sonra evakuatorlar maşınları cinayətin törədildiyi yerdən götürüb”- deyə Sputnik Azərbaycan-a “Milli hərəkat” partiyasından majoritar qaydada Gürcüstran parlamentinə seçilmiş azərbaycanlı deputat Azər Süleymanov bildirib.

Bu hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) və 236 (qanunsuz yolla odlu silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb.

Eyni zamanda məlumdur ki, Əmircanski Azərbaycan vətəndaşıdır. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində o, 28 may metrostansiyasının yaxınlığındakı “Skorpion”(“Əqrəb”) gecə klubunun sahibi olub. Əmircanskinin dayısı hazırda Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilib. KİV-in, eləcə də APA-nın məlumatlarına görə, "Elçin Məmmədov" adı əvvəllər 18 avqust 2016-cı ildə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlində hallanıb.

Həmin mənbələrin məlumatına görə, Əmircanski sadəcə Lənkəranskinin öldürülməsində iştirak etməyib, onun fiziki cəhətdən aradan qaldırılmasına yardım əlini uzadıb. Bundan sonra Lənkəranskinin tərəfdarları onun intiqamını alacaqlarına and içmişdilər. Əmircanski ovlanacağı anı xeyli gözləməli olub.
Ehtimal var ki, Əmircanskinin qətlinin izləri bu yaxınlarda Odessada baş verən kriminal münaqişəyə aparıb çıxarır. Bu ilin may ayında Odessadakı Qaqarin küçəsində içərisində Gürcüstan əsilli iki azərbaycanlının-İlham Hacıyev və Oktay Arxalının olduğu Gürcüstan dövlət nömrə nişanlı BMW 5 markalı avtomobil atəşə tutulub. Onların hər ikisi yüngül yaralanıb: İlham kürəyindən, Oqtay isə əlindən. Onların hər ikisi Səlifovun etibarlı adamlarındandır.

Tbilisidə baş verən sonuncu qətl hadisəsini kriminal dairələrə yaxın mənbələr həmçinin Sankt-Peterburqda fiziki cəhətdən məhv edilmiş 42 yaşlı Cabir Həsənovla əlaqələndirirlər. O, bu ilin 28 aprelində Lenin prospektində yerləşən №148-li evdə qətlə yetirilib. C.Həsənov də Nadir Səlifovun etibarlı adamlarından olub. İlkin məlumatlara görə, Həsənov da Lənkəranskinin qətlində iştirak edib. Bu isə onu deməyə əsas verir ki, Canıyevin tərəfdarları öz əleyhdarlarını sifətdən tanıyırlar və onların aradan qaldırılması üçün "ov mövsümü"nü açıq elan ediblər.

Bunlara paralel olaraq Nadir Səlifovun klanından olanlar Rafiq Masallinski adı ilə məşhur olan “qanuni oğru” Rafiq Eyvazovu güllələyiblər. Səlifovun adamları Eyvazovla çox qəddarcasına davranıblar və ictimaiyyətə bildiriblər ki, bundan sonra günahkarları tapıb intiqamlarını alacaqlar.

Xəbər 1571 dəfə oxunub.



15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +